“Xeyr” deyən jurnalist Değirmencinin evi atəşə tutulub
Referendum öncəsi “Xeyr” deyəcəyini açıq şəkildə bəyan edən və bunun ardından işindən uzaqlaşdırılan məşhur türk jurnalisti İrfan Değirmencinin evinə atəş açılıb.
Siyasi düşüncəsini “peşə prinsiplərinə zidd bir şəkildə açıqladığı” səbəbiylə işindən uzaqlaşdırılan Değirmenci ondan sonra “Xeyr”çilər cəbhəsinə qatılmışdı. Tanınmış jurnalist getdiyi çox yerdə də insanlarla bir araya gələrək referendumda “xeyr” çıxması üçün işlərini davam etdirmişdi.
Dünən axşam İrfan Değirmencinin evi naməlum şəxslər tərəfindən atəşə tutulub. Sosial media hesabından yaşadığı hadisənin fotoşəkillərini paylaşan jurnalist polisin araşdırma apardığı sırada çəkdiyi kvadratlara-
“Səhərə yaxın evim atəşə tutuldu. Polis araşdırdı sağ olsun, günahkar tutuldu. “Təsadüfi güllə” ehtimalı üzərində dayanırlar. Yaxşıyam. Təlaşlanmayın ” qeydi yazdı.
azadliq.info
24saat.org
Mənbə – azadliq.info