2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Xi avtokratlar üçün təzə standart qoyur

Fevralın 25-i Çinin hakim Kommunist Partiyası konstitusiyadakı iki dəfədən artıq prezident olmağı yasaqlayan müddəanın ləğvini təklif edib. Təklif qəbul olunarsa, hazırkı prezident Xi Jinping heç vaxt vəzifəsindən getməyə bilər. Parlament hakim partiyaya sadiq üzvlərlə dolu olduğundan, bu təklif böyük ehtimalla martın əvvəli keçiriləcək qurultayda qəbul ediləcək.

Çin prezidenti Xi Jinping-in ömürlük hakimiyyətdə qalmaq planı müasir dünya üçün yeni deyil, XXI əsrin avtokratları arasında geniş yayılmış praktikadır.

Saytların yığılması Saytlarin yigilmasi

Çinin kommunist lideri hazırda daha çox SSRİ rəhbərləri kimi davranır. Ancaq post-kommunist dövlətlərinin əksəriyyəti ən azı kağız üzərində plüralist demokratiyaya yaxın konstitusiya və qanunlara malikdir.

Praktikaya gəldikdə isə, bir neçə postsovet lideri ömürlük hakimiyyətdə qalmaq üçün səy göstərməkdədir. Onlardan ən çox nəzərə çarpanı isə Rusiya prezidenti Vladimir Putin-dir.

Demokratiyanın yalnız adı var

Bir zamanlar SSRİ-nin tərkibində olan ölkələrin başçıları hakimiyyətdən getməmək üçün müxtəlif yollara əl ata-ata öz sistemlərini «demokratiya» adlandırmaqdan çəkinmirlər.

Alimlər və «Freedom House», «Human Rights Watch», ABŞ Milli Demokratiya Fondu (NED) kimi qurumlara görə, sağlam demokratiya aşağıdakı əlamətlərə malikdir:

– Azad və ədalətli seçkiləri təsbit edən konstitusiya

– Hakimiyyətin demokratik yolla ötürülməsiylə bağlı aydın qaydalara əməl etmə

– Müstəqil, demokratik yolla seçilmiş qanunverici orqan

– Müstəqil, icraedici hakimiyyətin müdaxiləsindən azad məhkəmə sistemi

– Azad və güclü mətbuat

– Xeyriyyəçilik, müstəqil təhsil və azad sahibkarlığı dəstəkləyən, çiçəklənən vətəndaş cəmiyyəti

Ancaq AzadlıqRadiosunun fəaliyyət göstərdiyi ölkələrin çoxunda demokratiya görüntüsü yarada biləcək əlamətlər ən azı yarımçıqdır, yaxud avtokratik liderlərin zövqünə uyğun dəyişdirilib.

Söz azadlığı

Söz azadlığı

Avtokratik liderlərin hakimiyyətdə qalmaqdan ötrü əl atdıqları üsullar:

– Konstitusiya və seçki qanunlarını dəyişdirmək

– Potensial opponentləri həbs və təqib etmək, legitimsizləşdirmək, yaxud məcburiyyət və ya zor yolu ilə aradan götürmək

– Qanunverici orqandan «möhür» kimi yararlanmaq üçün onu öz tərəfdarları ilə doldurmaq

– Məhkəmə sisteminə təsir və nəzarət etmək

– Azad mətbuatı susdurmaq və ya məhv etmək

– Ölkədəki bütün təsisatları liderin hakimiyyətinə tabe olmağa məcbur etmək

Bu liderlər alovlu çıxışlar, medianın və hətta sosial media platformalarının nəzarətdə saxlanılaraq manipulyasiya edilməsi vasitəsilə öz ətraflarında şəxsiyyətə pərəstiş kultu yaratmağa və özlərini xalqın yeganə ümid yeri kimi qələmə verməyə nail ola bilirlər.

Qazaxıstan

77 yaşlı Qazaxıstan prezidenti Nursultan Nazarbaev artıq 30 ilə yaxındır ki, ölkəni idarə edir. Yanvarın 24-ü Qazaxıstan parlamenti Milli Təhlükəsizlik Şurasının statusu haqda yeni qanun qəbul edib. Yeni qanuna görə, prezident Nazarbaev Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik edə biləcək.

Belarus

Alyaksandr Lukashenka 1994-cü ildə hakimiyyətə gəlib. O, uzun zamandan bəri «Avropanın sonuncu diktatoru» kimi tanınıb. Onun keçirdiyi beş seçkinin beşi də demokratik standartlara cavab vermədiyi üçün beynəlxalq müşahidəçilər tərəfindən tənqid edilib. Onun opponentləri və tənqidçiləri çox zaman həbs edilir.

Türkmənistan

Türkmənistan rəhbəri Gurbanguly Berdymukhammedov 2017-ci ildə yenidən prezident seçilib. Onun səslərin 98%-ni topladığı elan edilib. Berdymukhammedov dünyada seçkiləri saxtalaşdırmasına və öz ətrafında şəxsiyyətə pərəstiş kultu yaratmasına görə tanınır. O, TV-də özünü cürbəcür sahələrdə istedadı olan insan kimi qələmə verməyi sevir.

Tacikistan

«Freedom House»un son hesabatında Tacikistan demokratik idarəetmə və məhkəmələrin müstəqilliyi kateqoriyalarında sonuncu yeri tutub. Hesabatın müəllifi Edward Lemon 1994-cü ildən bəri hakimiyyətdə olan Emomali Rahmon-un ölkəsinin təkpartiyalı dövlətə bənzədiyini deyib.

2015-ci ildə Tacikistan parlamenti prezident və ailəsinin məhkəmə təqibindən ömürlük azad edilməsi, habelə Rahmon-a «Tacikistanda sülh və milli birliyin banisi və millətin lideri» titulunun verilməsi haqda qanun qəbul edib.

Azərbaycan

2009-cu ildə Konstitusiyaya dəyişiklik edildi, bir nəfərin iki dəfədən artıq prezident seçilməsinə məhdudiyyət qaldırıldı. 2003-cü ildən hakimiyyətdə olan prezident İlham Əliyev builki prezident seçkisinə də gedir. Beynəlxalq və yerli insan haqları qrupları ölkədə fundamental insan haqlarının boğulduğunu, vətəndaş cəmiyyətinin, azad medianın sıxışdırıldığını desə də, hakimiyyət təmsilçiləri bunu cidd-cəhdlər təkzib edir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button