2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Xiaomi 12 Ultra flaqman smartfonunun render fotoları və texniki özəllikləri ortaya çıxıb

    İnternetdə Xiaomi 12 Ultra flaqman smartfon modeli barəsində yeni məlumatlar ortaya çıxıb. Bu dəfə insayderlər sözügedən smartfon modelinin arxa panelinin render fotolarını təqdim ediblər. Bundan əlavə olaraq smartfonun bəzi texniki özəllikləri də məlum olub. Xiaomi 12 Ultra modeli bazarda Qualcomm-un yeni prosessorunu əldə edəcək ilk smartfon modeli ola bilər. Beləliklə təqdim edilmiş render fotolarına əsasən Xiaomi 12 Ultra smartfonunun arxa panelində kameralar üçün nəzərdə tutulmuş böyük ölçülü dairəvi sahə yerləşəcək.

Saytların yığılması Saytlarin yigilmasi

    Həmin sahə özündə 4 ədəd kameranı birləşdirəcək. Gözləntilərə əsasən kameralardan biri optik zoom özəllikli periskop kamera olacaq. Məlumata əsasən Xiaomi 12 Ultra modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli AMOLED ekran, Snapdragon 8 Gen 1 Plus prosessoru, 16 GB-a kimi RAM, 512 GB-a kimi daxili yaddaş həcmi və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Xiaomi 12 Ultra-nın nə zaman təqdim olunacağı və hansı qiymətə satılacağı barəsində heç bir məlumat yoxdur.

24 saat” “Xiaomi 12 Ultra flaqman smartfonunun render fotoları və texniki özəllikləri ortaya çıxıb” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button