2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

    Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolar sözügedən smartfonun xarici görünüşünü sərgiləyirlər. Sözügedən fotolarda smartfonun arxa paneli əks olunub. Beləliklə fotolardan da görmək olar ki, Xiaomi 12 Ultra-nın arxa panelində böyük ölçülü kamera sahəsi yer alıb. Həmin kamera sahəsi arxa panelin təqribi olaraq 1/3 hissəsini əhatə edir. Smartfonun üçlü arxa kamera ilə təchiz olunduğunu aydın şəkildə görmək olar. Bundan əlavə olaraq arxa paneldə həmçinin Leica şirkətinin adı da mövcuddur. Bu isə o deməkdir ki, smartfonun kameraları sözügedən şirkət ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

    Məlumata əsasən Xiaomi 12 Ultra smartfonu 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq və o, optik stabilizasiya funksiyasına sahib olacaq. Bundan əlavə olaraq smartfon 48 MP-lik ultragenişbucaqlı obyektiv və 48 MP-lik teleobyektiv ilə də təchiz olunacaq. Gözləntilərə əsasən smartfon Snapdraogn 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Nüfuzlu insayderlərdən birinin verdiyi məlumatda qeyd edilib ki, Xiaomi 12 Ultra 67 vatt gücündə sürətli naqilli və 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarının dəstəyinə sahib olacaq. Qeyd etmək lazımdır ki, Xiaomi 12 Ultra-nın nə zaman təqdim olunacağı hələ də bilinmir.

24 saat” “Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button