2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Xiaomi şirkəti MIUI 13.5 istifadəçi interfeysi üzərində çalışır

    Xiaomi şirkəti MIUI 13.5 istifadəçi interfeysinin anonsuna hazırlaşır. Qeyd etmək lazımdır ki, şirkət demək olar 1 il bundan öncə MIUI 12.5-i anons etmişdi. Yaxın zamanda anons ediləcək MIUI 13.5 istifadəçi interfeysi isə keçən ilin dekabr ayında Xiaomi 12 smartfon seriyası ilə birlikdə təqdim edilmiş MIUI 13-ün bir qədər təkmilləşdirilmiş versiyası olacaq. İnternetdə hətta yeni istifadəçi interfeysinin loqosu da ortaya çıxıb. Loqodan da görmək olar ki, dizaynerlər 3 rəqəmini sadəcə olaraq bir qədər dəyişiblər.

Saytların yığılması Saytlarin yigilmasi

    Qeyd etmək lazımdır ki, MIUI 13.5-də ciddi şəkildə diqqət çəkəcək yeni funksiyalar gözləmək lazım deyil. Belə ki, keçən il təqdim edilmiş MIUI 12.5 sadəcə olaraq bəzi bugların və sistem xətalarının aradan qaldırılmasını reallaşdırmışdı. MIUI 13.5-də isə bir əl ilə idarəetmə rejmi emal ediləcək və sistem pəncərələri ekran mərkəzinə daha yaxın olacaqlar. Bununla yanaşı yeni istifadəçi interfeysinin kamera tətbiqində yeni şriftlərin inteqrasiyasını və bəzi kosmetik dəyişiklikləri gözləmək olar.

24 saat” “Xiaomi şirkəti MIUI 13.5 istifadəçi interfeysi üzərində çalışır” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button