2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Xiaomi yaxın zamanda Mi Band 7 Pro-nu təqdim edə bilər

    Xiaomi Mi Band 7 smart qolbağının təqdimatından sonra internetdə onun Pro versiyası barəsində məlumatlar çıxmağa başladı. İnsayderlərin verdikləri məlumata əsasən Mi Band 7 Pro adi Mi Band 7-dən 2 özəlliyə görə fərqlənəcək. Gözləntilərə əsasən Mi Band 7 Pro modeli GPS modul əldə edəcək və onun batareya həcmi 250 mAh-a yüksəldiləcək. Bundan əlavə olaraq adi Mi Band 7 modeli ilə müqayisədə Mi Band 7 Pro-da daha böyük ölçülü ekran reallaşdırıla bilər.

Saytların yığılması Saytlarin yigilmasi

    Qeyd etmək lazımdır ki, Xiaomi hələ bu cür smart qolbağın təqdimatı barəsində rəsmi bir məlumat verməyib. Mi Band 7 Pro-nun adı bir neçə müddət bundan öncə Mi Door Lock adlı smart qıfılın tətbiqinin kodunda aşkar edilmişdi. Lakin daha sonra qolbağın adı həmin tətbiqdən silindi. Məlumata əsasən Mi Band 7 Pro-nun təqdimatı yaxın zamanda baş tutacaq. Bəzi məlumatlara əsasən smart qolbaq iyun ayında təqdim edilməsi gözlənilən Xiaomi 12 Ultra ilə birlikdə sərgilənəcək. Smart qolbağın dəqiq olaraq hansı texniki özəlliklərə sahib olacağı barəsində isə heç bir məlumat yoxdur.

24 saat” “Xiaomi yaxın zamanda Mi Band 7 Pro-nu təqdim edə bilər” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button