Loading...
Loading...
Manşet

XİN Ermənistana son xəbərdarlığını etdi – Bəyanat

xin2Azərbaycan Respublikası Silahlı Qüvvələrinin atmalı olacağı əks-həmlə və cavab tədbirlərinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşür”.

Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xoşniyyət və sülhpərvər məramlardan çıxış edərək, düşmənə qarşı əks-həmlə və cavab tədbirlərini birtərəfli qaydada dayandırması barədə qərarının əksinə olaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca, xüsusilə Tərtər və Ağdərə istiqamətində artilleriya və digər ağır silahlarla Azərbaycan ordusunun mövqelərini intensiv olaraq atəşə tutur, həmlə və təxribat əməllərini davam edir.

“Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq atəşkəsi pozmaqda davam edəcəyi təqdirdə, qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin atmalı olacağı əks-həmlə və cavab tədbirlərinin məsuliyyəti tam şəkildə Ermənistan Respublikasının üzərinə düşür”, – H. Hacıyev bildirib.

Gözdən qaçırmayın:  SON DƏQİQƏ - Rusiya vuracağı əraziləri açıqladı və əhaliyə səsləndi: "TƏRK EDİN"

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun