2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

XİN: “İranda saxlanılan azərbaycanlı tələbə ilə görüş üçün tədbirlər görülür”

Nazirlik deyir ki, Fərid Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranda həbs edilmiş azərbaycanlı tələbə Fərid Səfərli ilə bağlı məlumat yayıb.

XİN bildirir ki, çoxsaylı müraciətlərdən sonra İran tərəfi Fərid Səfərlinin həbs olunduğunu, ona qarşı cinayət işi başladıldığını bildirib:

Saytların yığılması Saytlarin yigilmasi

“Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib”.

Nazirlik qeyd edir ki, Fərid Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır.

Yaxın zamanlarda isə Azərbaycanın Təbrizdəki Baş konsulluğunun əməkdaşlarının Fərid Səfərli ilə görüşünün keçirilməsi üçün tədbirlər görülür:

“Martın 9-da mətbuata bununla bağlı verdiyimiz ilk açıqlamada qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən vətəndaşın aqibətinin müəyyən edilməsi və İran tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədilə, müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlanıb. Məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq, Fərid Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən, həm Xarici İşlər Nazirliyi tərəfindən, həm də Təbrizdəki Baş konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılıb”.

Fərid Səfərlinin anası Dilarə Əsgərova bir gün öncə Meydan TV-yə bildirib ki, o, oğlunun İranda həbs olunması ilə bağlı rəsmi məktubu iyunun 1-də alıb.

Həmin məktubda Fərid Səfərlinin cəsusluq ittihamıyla İranda həbs edildiyi bildirilir.

O, oğlunun hansı vəziyyətdə olduğunu bilmədiyi üçün çox narahatdır. Deyir, Fərid çox yaxşı bilir ki, casusluq ittihamı ilə həbs edilənləri hansı cəzalar gözləyir:

Onun nə hisslər keçirdiyini düşünəndə ürəyim parçalanır. Heç olmasa, görüşməyimə şərait yaradılsın, onu qucaqlayım və əmin edim ki, hər şey yaxşı olacaq”.

Almaniyanın Jena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərlinin İrana səfərindən sonra ondan xəbər almaq mümkün deyildi.

Anası Meydan TV-yə bildirib ki, o, İrana bir zamanlar Jena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.

Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.

Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.

O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.

Bu ilin yanvarında Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı hücum olub.

Nəticədə bir nəfər ağır yaralanıb, bir nəfər isə ölüb.

Bu səbəbdən yanvarın 29-da Azərbaycan İrandakı səfirliyində çalışanları ölkəyə təxliyə edib. Beləliklə, Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb.

Tehrandakı Azərbaycan səfirliyi diplomatik fəaliyyətini tam dayandırsa da, bu, Təbrizdəki Baş konsulluğun fəaliyyətinə şamil olunmayıb.

Həmin vaxt XİN məlumat yayaraq ölkə vətəndaşlarına İrana səyahət xəbərdarlığı etmişdi.

Bildirmişdi ki, İranda qeyri-sabit vəziyyət və Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı “terror aktı” nəzərə alınmaqla, zəruri olmadığı təqdirdə bu ölkəyə getməmək, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button