2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Xocalı faciəsindən 29 il ötür

Xocalıda ölənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib

Bu gün saat 17:00-da Azərbaycanın bir çox ərazisində Xocalı faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bununla bağlı Azərbaycanın bəzi ərazilərində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilərdə və yerüstü qatarlarda fit verilib.

ABŞ səfirindən Xocalı paylaşımı

“1992-ci ildə Xocalıda həyatını itirmiş hər kəsi hörmətlə anır, ehtiramla yad edirik”.

Bu sözlər ABŞ-ın Azərbaycandakı səfirliyinin Twitter səhifəsində səfir Örl Litzenberqerin adından yayımlanan paylaşımda yer alıb.

Prezident “Ana harayı” abidəsini ziyarət edib

Bu gün, fevralın 26-da prezident İlham Əliyev Bakıda Xocalı faciəsində həlak olanların xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Prezident İ.Əliyev abidənin önünə əklil qoyub, faciədə həlak olanların xatirəsinə ehtiramını bildirib.

+++

Bu gün, fevralın 26-da Xocalı faciəsindən 29 ili tamam olur.

1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı silahlılar, habelə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdikləri bildirilir.

İşğal nəticəsində 613 nəfər dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin isə itkin düşdüyü açıqlanıb.

Azərbaycan hökumətinin hesablamalarına görə, Xocalı şəhərinin işğal edilməsi nəticəsində dövlətə və vətəndaşlara 170 milyon dollardan artıq ziyan vurulub.

Xocalı faciəsinin ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur.

24 saat” “Xocalı faciəsindən 29 il ötür” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button