2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Xocalı qatili” Ermənistan ordusunun başından getdi

Sərkisyan “Qarabağ klanı”nın əsas fiqurlarından birini ermənistanlı kadrla əvəzlədi, separatçı rejimin “müdafiə naziri”ni isə Baş Qərargah rəisi təyin etdi; Nalbəndyan yenidən XİN rəhbəri təyin olundu
Ermənistan hökumətində yeni nazir təyinatları olub.

Erməni mətbuatının yaydığına görə, Ermənistan prezidenti Serj Sərkisyanın sərəncamı ilə müdafiə naziri Seyran Ohanyan vəzifəsindən kənarlaşdırılıb. Qarabağda tökülən günahsız qanların əsas baiskarlaırndan və Xocalı soyqırımının iştirakçılarından olan Ohanyanı bu vəzifədə Ermənistan Prezident Administrasiyasının rəhbəri Vigen Sərkisyan əvəz edib.
Maraqlısı budur ki, V.Sərkisyanın adı yeni hökumətlə bağlı hallandırılsa da, onun Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanı əvəzləyəcəyi deyilirdi. Hətta bundan əvvəl erməni mətbuatı prezident Sərkisyanın yeni kadr siyasəti aparacağı anonsunu verərkən V.Sərkisyanın adını əminliklə “yeni xarici işlər naziri” kimi qeyd edirdi. 1999-2008-ci illərdə Ermənistanın Fransadakı səfiri kimi çalışmış E.Nalbəndyanın isə yenidən Parisə “sürgün” ediləcəyi iddia olunurdu. Lakin gözlənilmədən S.Sərkisyan özünün familiyadaşını ordunun başına gətirdi. Ermənistan prezidenti artıq hamının “yol üstə olan nazir” kimi baxdığı Edvard Nalbəndyanı isə öz yerində saxladı. Belə ki, S.Sərkisyan 3 oktyabrda E.Nalbəndyanın yenidən xarici işlər naziri təyin olunması haqda fərman imzalayıb.
Image result for Ovik Abramyan
Beləliklə, Ovik Abramyanın baş nazir vəzifəsindən istefasından sonra Ermənistanda hökumətin yenidən formalaşdırılmasına qoyulan vaxtın tamamında iki əsas fiqurla bağlı da qərar verilib. Qeyd edək ki, Karapetyan sentyabrın 13-də baş nazir təyin olunub və Konstitusiyaya əsasən ona hökuməti formalaşdırması üçün verilən vaxt oktyabrın 3-də başa çatdı.
Yeri gəlmişkən, S.Sərkisyan 2011-ci ilin sentyabrında Prezident Administrisiyanın rəhbəri postunu tutan Karen Karapetyanı vəzifəsindən azad etmişdi, hətta onun öz vəzifəsindən qovulduğu xəbəri də var idi. 3 il bu postda çalışan Karapetyanın yerinə isə o zaman administrasiya rəhbərinin müavini işləyən Viqen Sərkisyan gətirilmişdi. Vaxtilə vəzifəsindən qovulmuş hazırkı baş nazirin yeni müdafiə naziri ilə münasibətlərini necə quracağı maraq doğurur.
Image result for Karen Karapetyan
Yeni baş nazir Karen Karapetyan kimi, müdafiə naziri Viqen Sərkisyan da Ermənistan doğumludur. O, 1975-ci il mayın 10-da anadan olub. 1996-cı ildə Sankt-Peterburqda Şimal-Qərb Akademiyasını, 1997-ci ildə isə Yerevan Dövlət Universitetini bitirib. 1999-cu ildə beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb. (Modern.az ) Sərkisyan 2000-ci ildə ABŞ-ın Taft Universitetinin tərkibindəki Fletçer diplomatiya və hüquq məktəbində oxuyub. O, hüquq və diplomatiya üzrə magistr dərəcəsinə malikdir. Yeni nazir 1995-1998-ci illərdə Ermənistan parlamentinin spikerinin köməkçisi, 2000-2003-cü illərdə isə Ermənistan Müdafiə Nazirliyinin əsas binasında referant kimi həqiqi hərbi xidmət keçib. 2003-cü ildə Sarkisyan Ermənistan prezidenti Robert Koçaryanın köməkçisi, 2009-2011-ci illərdə isə Prezident Aparatının rəhbər müavini olub. 2011-ci il oktyabrın 17-dən bu günə qədər isə aparat rəhbəri funksiyalarını icra edib. O, MDB ölkələri humanitar şurasının sədri funksiyalarını da icra edir. Evlidir, 3 qız atasıdır.
1975-ci il təvəllüdlü Sərksiyan İrəvan Dövlət Universitetində, həmçinin Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alıb. Beləliklə, yeni hökumətdə Ermənistan əsillilər “Qarabağ klanı”nın daha bir “məğlubedilməz” üzvünü kənarda saxlamağı bacardılar. Əslində bu, Ermənistan klanının ciddi qələbəsi sayıla bilər. S.Ohanyan S.Sərkisyanın özü üçün də arzuolunmaz, həm də təhlükəli fiqur idi. Hətta aprel döyüşlərindəki məğlubiyyətin ardınca onların münasibəti kəskin şəkildə pisləşmişdi. Vəziyyət o qədər kritikləşmişdi ki, S.Sərkisyanın Qarabağdakı muzdlu döyüşçüləri geri çağırmasına baxmayaraq, Ohanyan onları himayə etmişdi və əmri yerinə yetirməmişdi. Lakin müdafiə nazirinin Moskvaya bağlı olması S.Sərkisyanı çıxılmaz durumda qoyduğu üçün aprel uğursuzluqlarına görə bir sıra şəxsləri cəzalandırsa da, Ohanyana toxunmağa cəsarət etməmişdi. Bununla belə, S.Sərkisyanın Moskvada Putinlə təkbətək görüşündən sonra vəziyyət Ohanyanın zərərinə dəyişməyə başladı. Görünür, erməni prezident Putinə sədaqətinin Ohanyandan daha artıq olduğuna Rusiya liderini inandıra bilib. Lakin “Xocalı qatili”nin birdəfəlik kənara atılmayacağı barədə də məlumatlar var. Hətta onun oktyabrın ortalarında keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postuna təyin edilə biləcəyi xəbərləri də dolaşır.
Image result for Sarkisyan
Əslində Sərkisyan növbəti təyinatı ilə “balansı” qorumağa üstünlük verib. Belə ki, digər sərəncamla Qarabağ ermənisi Movses Akopyan Baş Qərargah rəisi təyin olunub (Koordinat.az) Bildirilir ki, indiyədək Baş Qərargah rəisinin müavini və qondarma “DQR-in müdafiə naziri” postlarını icra edən Movses Akopyan 1965-ci ildə Dağlıq Qarabağın Çartar kəndində anadan olub. Prezident Sərkisyan digər sərəncamla keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovu Ermənstan Milli Təhlükəsizlik Komitəsinin katibi təyin edib. Paralel olaraq müdafiə naziri postuna təyin olunan Viqen Sərkisyanın yerinə – Prezident Aparatının rəhbəri vəzifəsinə Armen Qevoqyan gətirilib.
***
XİN başçısı E.Nalbəndyanın öz postunda qalmasına gəldikdə, çox güman ki, bununla Sərkisyan ənənəvi siyasətində korrektələr etmək niyyətində olmadığı üçün yeni nazirə də ehtiyac duymayıb. Bu, həm də onu deməyə əsas verir ki, Sərkisyanın Qarabağ münaqişənin tənzimlənməsi ilə bağlı baxışları da ciddi şəkildə dəyişməyəcək. Erməni prezident perspektivsiz danışıqları elə köhnə nazirlə davam etdirməyi, beləliklə, prezidentliyi dövründə Qarabağda “status-kvo”nu qoruyub-saxlamağı üstün tutub.
Erməni politoloq Sergey Minasyanın fikrincə, Nalbəndyanın yenidən xarici işlər naziri təyin olunması onun sovet diplomatiya məktəbinin yetirməsi olmasından irəli gəlir. “Doğrudur, sovet diplomatiya məktəbinin öz nöqsanları var, ancaq Nalbəndyan danışıqlarda azərbaycanlı və türk həmkarları üçün çətin rəqibdir” – o deyib (Virtualaz.org).
Onu da qeyd edək ki, Sərkisyan müdafiə naziri ilə bağlı qərarını aprel müharibəsinin altıncı ayının tamamında verdi. Erməni prezident şəxsi heyət və mövqe itkisini Ohanyanla kompensasiya etmək istədi, bununla şübhəsiz ki, ermənilərin etirazını da səngitməyə çalışdı. Ancaq şübhə yoxdur ki, danışıqların dalana dirənməsi şəraitində, üstəlik, Ermənistanın hərbi ritorikaya üstünlük verməsi halında Azərbaycan yenidən aprel döyüşlərini təkrarlamağa məcbur olacaq. Belə olan halda Harvard təhsili görmüş bir şəxsin müdafiə naziri təyin olunması Azərbaycanda da suallar doğurub.
***
Image result for Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Ermənistan prezidenti Serj Sərkisyan həyata keçirdiyi son yerdəyişmələrlə hakimiyyətini qorumağa çalışır: “Ancaq məsələn, Nalbəndyanın yenidən xarici işlər naziri vəzifəsini qoruması nəyi dəyişir ki? Onsuz da Ermənistan cəmiyyətinin Nalbəndyandan yorğunluğu var. Sərkisyan iqtisadiyyatı yeni baş nazir Karen Karapetyana “həvalə” edib ki, islahatlar aparsın, halbuki bunun üçün resurs yoxdur, özü isə orduda qayda-qanun yaratmaq istəyir. Məsələn, onun Movses Akopyanı Baş Qərargah rəisi təyin etməsi orduda keyfiyyət dəyişikliklərinə hesablanıb. Serj Sərkisyanın hərbçi Seyran Ohanyanın əvəzinə 1975 doğumlu, İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alan Viqen Sərkiysanı müdafiə naziri təyin etməsi də orduda islahatlar aparması istəyi ilə bağlıdır. Aprel döyüşləri göstərdi ki, Ermənistan ordusunun əsgər və zabit heyəti tam komplekləşməyib, ərzaq və geyim təminatı aşağı səviyyədədir, ordudakı pullar yeyilib, generallar bu pullarla İrəvanda özlərinə villalar tikiblər və s. Yəni Serj Sərkisyan ordudakı bu vəziyyəti dəyişmək üçün müdafiə sistemini keçmiş administrasiya rəhbərinə etibar edib. Yəqin Sərkisyan düşünür ki, Qərb təhsili alan Viqen Sərkiysanı ordunu mükəmməl menecment əsasında quracaq, maliyyə oğurlanmayacaq. Qərb ölkələrində də adətən müdafiə naziri mülki şəxs təyin olunur. Ancaq Qərbdə sistem saat kimi işləyir, Ermənistan isə müharibə vəziyyətindədir. Sərkisyanın Ermənistan ordusunda oğurluğa son qoyması istəyi anlaşılandır, bəs əgər müharibə başlayarsa akademik təhsil alan və Seyran Ohanyandan fərqli olaraq savaş təcrübəsi olmayan Viqen Sərkisyan vəzifəsinin öhdəsindən gələ biləcəkmi? Bunu yoxlamaq isə artıq Azərbaycan ordusunun vəzifəsidir”.
Image result for Üzeyir Cəfərov
Həbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovbildirdi ki, yeni müdafiə naziri S.Sərkisyana yaxın adamdır: “Onun gəlişi Qarabağla bağlı heç nəyi dəyişən deyil. Onsuz da Moskva nə desə, o olacaq. Ohanyanın uzaqlaşdırılmasına gəldikdə, Ü.Cəfərova görə, məna ondan ibarətdir ki, erməni ordusundakı çoxsaylı əsgər itkiləri ilə əlaqədar etirazlar səngidilsin. Son vaxtlar “Əsgər anaları” Cəmiyyəti itkilərə görə Sərkisyanla yanaşı, Ohanyanı da günahlandırırdı. Sərksiyan da Ohanyanı qurban verməklə etirazları səngidəcəyini zənn edir. Yaxın zamanda böyük ehtimal ki, ona normal vəzifə veriləcək. Çünki Ohanyan Sərkisyanın cinayətlərinin şahididir və onu digərləri kimi kənarda saxlamaq təhlükəlidir. Üstəlik, onların hər ikisinin əli Qarabağda dinc azərbaycanlıların qanına batıb”.
Ü.Cəfərov Qarabağ separatçısının baş qərargah rəisi təyin olunmasını da əsassız saymır: “Ona görə bu vəzifəyə gətirildi ki, bununla Ermənistanın güc strukturlarında söz sahibinin Qarabağdan gəlmiş şəxs olduğunu göstərmək istədi. Çünki Sərkisyanın hakimiyyətini qorumaq üçün vuran əl lazımdır”.(musavat.com)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button