Now Reading:
Xocalı soyqırımı barədə kiçik və vacib bir qeyd

Xocalı soyqırımı barədə kiçik və vacib bir qeyd

Natiq Güləhmədoğlu

Xocalı soyqırımı bizim hamımız üçün dərddir, faciədir. Ondan ölkədaxili siyasi rəqiblərə qarşı hər hansı formada istifadə olduqca lazımsız, qınanmalı haldır. Amma nə edəsən, məhz bu mövzuda uzun illərdir, mənsub olduğum siyasi düşərgə rejimin ağlagəlməz, iftira dolu ittihamlarına məruz qalıb. Odur ki, tarixi həqiqətlərin üzə çıxması, cilalanması üçün elə o rejimin öz rəsmi sənədlərinə istinadən bir xırda, amma çox vacib xatırlartmanı etməliyəm.

Soyqırım nə zaman olub? Bəli, 1992-ci ilin 26 fevralında. “Cəbhə” nə zaman hakimiyyətdə olub? İyun, 1992 – iyun, 1993. Cəmi bircə il. Dövlətin fundamentinin qoyulduğu, odlu-alovlu müharibənin getdiyi bir zaman, elədirmi? Biz qisas anlamında nə etmişiksə, elə o zaman etmişik – bunu döyüşənlər, hətta döyüşdən yayınıb kolluqda gizlənən fərarlər də yaxşı bilir. Müzəffər ordumuz Xankəndinin lap astanasında idi. Bu, məsələnin mənəvi tərəfi. İndi material tərəfinə baxaq.

Sərəncam: Tarix 1993 il, 20 fevral. “Xocalı faciəsi zamanı həlak olanların ailələrinə maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”.

İndi isə keçirik, “ulu öndər”in zamanına. O 1993-cü ilin yayından hakimiyyətdə idi. Baxırıq onun rəhbər olduğu 6 aya. Xocalı ilə bağlı nəsə varmı? Xeyr.

Ok. 1994-ə baxaq. Bir şey varmı? Bomboşdu!

Bəs 1995-də necə, doğrudanmı heç nə olmayıb? Yoxdur, yox!

Yaxşı, bəs 1996-da? Axı Heydər Əliyevin artıq prezident kimi müddətinin yarıdan çoxu keçib, hələ də “Xocalı soyqırımı” ilə bağlı bir şey yoxdurmu? Məyus olacaqsınız, təəssüf ki, belədir. Nə sərəncam var, nə təminat, nə başqa şey.

Tamam, 1997-ci ilə baxaq, ürəyimizə damıb ki, nəsə olacaq…Var, var, yanılmadınız. Amma nə? Gəlin, birlikdə oxuyaq.
Sərəncam: “Xocalı Soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı. Bakı şəhəri, 25 fevral 1997-ci il”.

1993-cü ildən 1995-ci ilə qədər (atəşkəsəcən) hərb sahəsində itkilərimizdən də söz açmağa gərək yoxdur.

Mən sükut edirəm, nə lazımdı əlahəzrət faktlar dedi.

İstinadım: Mədəniyyət və Turizim Nazirliyinin 2012-ci ildə nəşr etdiyi “XOCALI SOYQIRIMI – 20/ BİBLİOQRAFİYA/
BAKI – 2012” kitabdır.

P.S. Bir illik “Cəbhə” hakimiyyətində Xocalıya dair 5 (beş) kitab çıxıb. Hakimiyyət dəyişikliyindən sonra isə 1994-ci ilə 0 “sıfır”, 1995-ci ildə isə cəmi 1 “bir” kitab nəşr edilib.

Xocalıya Bakıda qoyulan abidənin də sərəncamı bəylərin hakimiyyətdə olduğu vaxt verilib. 1993-cü ilin fevralında.

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.