24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Xocavənddə Azərbaycan hərbçisinə hücum edən erməni zərərsizləşdirilib

Bakı/03.12.21 Bu gün saat 13.00-a yaxın Xocavənd rayonunda mövqelərdən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçu erməni  tərəfindən hücuma məruz qalıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Mənbənin məlumatına görə, o, azərbaycanlı hərbçinin silahını ələ keçirməyə çalışıb. Azərbaycanlı hərbçi xəbərdarlıq atəşindən sonra özünümüdafiə məqsədilə hücum edəni “zərərsizləşdirib”.

Hadisə barədə Rusiya sülhməramlıları kontingentinə və RusiyaTürkiyə Monitorinq Mərkəzinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.

Erməni tərəfi hələlik belə insident barədə məlumat yaymayıb.- 06B-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button