2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Xoruldamaq vərdişdir, yoxsa xəstəlik?

“The Telegraph” oxucularını, özünün yazdığına görə “xoruldayanların xilaskarı” Mike Dilkes-in məsələhətləri ilə tanış edir.

Dilkes bildirir ki, xoruldamaq gülməli bir iş deyil və çox sayda insanın ailəsini və karyerasını məhv etməyə və ən ekstremal hallarda isə adamı öldürməyə qadirdir.

Saytların yığılması Saytlarin yigilmasi

Londondakı St John and St Elizabeth xəstəxanasının həkimi deyir ki, xoruldamaq çox ciddi haldır və müalicə olunmazsa insanın yuxu zamanı boğulması kimi fəsadlara səbəb ola bilər.

Ekspertin fikrincə, xoruldamaq cinsi iqtidarsızlıq, yaddaşsızlıq, diabet, yüksək qan təzyiqi və infarkt kimi xəstəlik və hallarla əlaqəli ola bilər. Bu mənada xoruldamaq heç də “səssiz qatil” sayılmır.

Statistikaya görə yaşı 30-dan yuxarı kişilərin 40 faizi xoruldayır və bunun iki faizi yuxu boğulmaları ilə müşayiət olunur. 65 yaşından yuxarı kişilərin üçdə ikisi xoruldayır ki, bunun artıq 10 faizi yuxu boğulmaları ilə nəticələnə bilər.

Lakin xoruldamaq yalnız kişilərin problemi deyil. Statistikaya görə qadınların beşdə biri xoruldamaqdan əzab çəkir.

Əksər xoruldayanlar bunun onlardan asılı olmadığını desələr də, Dilkesin fikrincə bu, siqaret çəkmək və spirtli içkilər içmək kimi vərdiş hesab olunmalıdır.

Ekspertin fikrincə məhz buna görə də xoruldamağı tərgitmək mümkündür, əlbəttə, söhbət burun və ya boğazdakı artıq ətdən getmirsə…

Dilkes deyir ki, orta xorultunun 60-100 desibel gücündə olduğu nəzərə alınarsa, bu rəqəmin heç olmasa azaldılması insanların bir qədər rahatlıq tapmasına yol açardı.

Alim xoruldamanın aradan qaldırılması üçün üç təmrin təklif edir. Bu təmrinlərin hər biri ağzın və boynun, dilin, yumşaq damaqla boğazın “məşq” etdirilməsini nəzərdə tutur.

Bu təmrinlərdən birində dil ağzın içində yumşaq damağa doğru geri qatlanır və sonra irəli gətirilərək dişlərin arxasına toxundurulur.

Başqa bir təmrin ağzın mümkün qədər çox açılmasını və bu zaman 20 saniyə müddətində “ahhh” səsinin çıxarılmasını tələb edir.

Üçüncü təmrin zamanı dilinizi ağzınızdan mümkün qədər çox bayıra çıxarmalı, bu vəziyyətdə dərindən nəfəs almalı və 30 saniyə müddətində qarqara səsinə bənzər uca səs çıxarmalısınız.

Ekspert deyir ki, bu üç təmrin bir yerdə heç 5 dəqiqə də vaxt tələb eləmir.

Dilkes bildirir ki, insanların yaşlandıqca daha çox xoruldaması ağız və boğaz əzələlərinin getdikcə boşalması ilə bağlıdır. Odur ki, bu əzələləri mümkün qədər “məşq” etdirmək lazımdır. Çünki insan yuxuda olanda bu əzələlər üzərində bütün nəzarətini itirmiş olur.

“The Telegraph” yazır ki, xoruldamanın ekstremal variantlarında pasientlərə cərrahiyyə əməliyyatı məsləhət görülür. Dilkes deyir ki, bu cərrahiyyədə söhbət ilk növbədə yumşaq damağın korreksiyasından gedir.

Amma qaldı daha yüngül xoruldamağa, ekspertin fikrincə bunun qarşısı müxtəlif vasitələrlə alına bilər.

Ekspertin qənaətinə görə, artıq çəkini atmaq da xoruldamanın azalmasına kömək edə bilər.

Dilkes deyir ki, əksər hallarda xoruldamaq başqa neqativ vərdişlərlə sıx bağlıdır.

“Artıq çəkini, siqareti və alkoqollu içkiləri atanlar, daha sağlam həyat tərzi keçirənlər xoruldamaqdan da xilas olurlar, – deyir Dilkes.

BBC

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button