2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Xristian məhbuslara 10 günlük məzuniyyət verilib

10 günlük məzuniyyətin nə vaxt başladığı, neçə xristiana aid olduğu bəlli deyil

İran ədliyyəsi ölkədəki xristian məhbusları bayramları ailələri ilə keçirməsi üçün 10 günlük məzuniyyətə buraxıb. Bu, İslam respublikasına xristian azlıq üzvlərinə münasibətdə nadir addım hesab olunur.

Saytların yığılması Saytlarin yigilmasi

“Qərar 2020-cilin gəlişini və İsus Xristosun mövludunu qeyd etmək münasibətilə verilib”, – ədliyyənin Mizan Onlayn vebsaytı dekabrın 26-da yazıb.

10 günlük məzuniyyətin nə vaxt başladığı, neçə xristiana aid olduğu bəlli deyil. Vebsaytın məlumatına görə, bu addım təhlükəsizliyə ziyan vurmaqda, mütəşəkkil cinayətkarlıqda, adam oğurluğunda. Silahlı oğurluqda təqsirli bilinənlər və ölümə məhkum edilənlərə aid deyil.

İranda xristianların çoxu etnik ermənilərdir ki, onlar da Miladı yanvarın 6-da qeyd edirlər. O zaman böyük şəhərlərdə bəzi mağazalar yolkalar, dekorasiyalar satır. Şaxta baba paltarı geyinmiş şəxslər mağazaların qarşısında gəzir.

Xristianlar İranın əsasən şiə müsəlmanlardan ibarət 83 milyonluq əhalisinin 1 faizindən də azını təşkil edir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button