2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Xudat İcra Nümayəndəliyinin balansında olan torpaq sahəsi satılıb – ƏRAZİDƏ EV DƏ TİKİLİB

AZ24saat.ORG saytı Xaçmaz rayonunda baş vermiş müəmmalı alğı-satqı olayının üstünü açıb. Məlum olub ki, İH başçısı Şəmsəddin Xanbabyev hətta dövlət mülkiyyətində olan torpaq sahələrinin də satılmasına qol qoyur…

Saytımıza daxil olan məluma görə, Xaçmaz rayonunun Xudat şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati ərazisi satılaraq yerində yaşayış binası tikilib.

Əldə etdiyimiz məlumata görə, həmin ərazi hələ sovetlər ittifaqı dönəmindən bəri MİS (Mənzil İstismar İdarəsi)-in balansında olub. Hətta hazırda da Xudat şəhər inzibati ərazinin yerləşdiyi tikili MİS-in balansındadır.

Saytların yığılması Saytlarin yigilmasi

AZ24saat.ORG saytına təqdim edilən fotolardan da göründüyü kimi artıq həmin ərazi bölünərək satılıb. Məsələ ilə bağlı bizə məlumat verən mənbənin iddiasına görə, sözügedən ərazinin satılmasında icra başçısı Şəmsəddin Xanbabayev şəxsən maraqlı olub və ərazi onun göstərişi əsasında satılıb.

Xaçmaz İH başçısı Xanbabayev Şəmsəddin

Məlumat üçün bildiririk ki, Dövlət mülkiyyətində olan torpaqların alğı-satqısı Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətindədir və İH bu prosesdə yalnız rəy vermək hüququna malikdir.
AZ24saat.org saytı baş verənlərə aydınlıq gətirmək üçün Xacmaz rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırlması şöbəsinin müdiri Bəxtiyar Osmanovla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında bildirib ki, belə bir halın baş verməsi ümumiyyətlə mümkün deyil. “Əgər ərazi satılıb və yerində ev tikilibsə, deməli, reyesterdən çıxarışı var. Reyesterdən çıxarış olan ərazi isə icra nümayəndəliyinin ərazisi ola biləz.”

Xatırlatma: Ərazinin reyesterdən çıxarışı olması barədə bizdə heç bir məlumat yoxdur. Hətta iddiaya görə, həmin ərazi qanunsuz satılıb və heç bir sənədə malik deyil.

Sonda onu da qeyd edək ki, ərazinin satılması təxminən 2 il bundan əvvəl baş verib.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button