2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Xudat-Yalama yolu təmirə bağlandı

Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun yenidən qurulur. Bu barədə virtualaz.org-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Uzun müddətdir ki, əsaslı təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olan və nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərin yarandığı yolun uzunluğu 23 km, mövcud eni 6-7 m-dir.

2 hərəkət zolaqlı yolun hər iki istiqaməti üzrə çiyinlər tikilərək bərkidiləcək, yaşayış məntəqələrindən keçən hissədə isə vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkiləri yaradılacaq. Bundan başqa avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların hamısı bərpa olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

18 yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə 28 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, insanların kənd təsərrüfatı məhsullarını sahələrdə birbaşa olaraq bazarlara rahat çatdırılması mümkün olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button