Xudatda acınacaqlı vəziyyət – FOTOLAR
“Ölmüş heyvan leşlərini də bura atırlar”
“Üfunət iyindən evdə otirmaq olmur. Evin yanını zibilxsnaya çeviriblər. Buraya elə zibillər, heyvan leşləri atırlar ki, ətrafda nəfəs almaq mümkün deyil”.
Bunu 24saat.org saytına Eldar Dadaşov deyib. O bildirir ki, Xaçmaz rayonu Xudat şəhərinin Arif Kazımov küçəsində yaşayır. “Baxın, bu istidə buranı nə vəziyyətə gətiriblər. Düz evimin yanıdır. Üfunətdən dayanmaq olmur. Əslində, bura zibilxana deyildi. Bir il əvvəl camaat ora zibil atmağa başladı. Xudat şəhər mınzil kommunal idarəsi bir-iki dəfə yığışdırdı, amma daha yığışdırmırlar. Ona görə də burada belə acınacaqlı vəziyyət yaranıb. Heç olmasa, normal zibil qabı qoysunlar və vaxtında yığışdırsınlar ki, həyətdə oturmaq olsun. Bütün ölmüş heyvan leşləri də bura atılır və bu da ətrafa xəstəliklər yayılmasına səbəb olur” – deyə Eldar Dadaşov bildirir.
Günel Məmmədova
24saat.org