2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Xural.com da məhkəməyə verildi – yeni bloklama dalğası

Nazirlik daha bir neçə saytla bağlı “tədbir” görür

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daha bir neçə saytın bloklanması ilə bağlı məhkəməyə müraciət edib.  Avqustun 7-də az24saat.org satyının bloklanması ilə bağlı məhkəməyə müraciət edən və dərhal bloklanması barədə qərar verilməsinə nail olan nazirlik Arqument.az, Xural.com saytlarının bağlanması ilə bağlı məhkəməyə müraciət edib.

“Səhər saat 14.00-da Səbail rayon məhkəməsində məhkəmə varmış. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bizi məhkəməyə veribmiş. Təfərrüatlar haqqında heç bir məlumatım yoxdur. Sabah biləcəyik” – deyə Xural.com saytının baş redaktoru Əvəz Zeynallı bildirir.

O qeyd edir ki, nazirlikdən ona heç bir xəbərdarlıq daxil olmadığı halda, məhkəmədən bildiriş daxil olub. “Hüquqlarımızı vəkil Elçin Sadıqov müdafiə edəcək” – deyə baş redaktor bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

“Kanal13” televiziyasının aparıcısı İsmayıl İslamoğlu bildirib ki, onun da sabah Səbail rayon məhkəməsinə dəvət ediblər. O ehtimal edir ki, məhkəmə çağırışı saytln bloklanması ilə bağlıdır: “Dəqiq söz deyilmiyib amma dünən Rabitə Nazirliyi (Rabitə və Yüksək Texnologiyalar Nazirliyi – red) Əli Həsənov (Preziddntin köməkçisi) haqqında yazıların çıxarılmasını tələb edirdi.

Arqument.az saytının baş redaktoru Şəmşad Ağa bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Arqument.Az-a xəbərdarlıq gəlib: “İstinadla gedən iki yazının çıxarılması tələb olunur. Elektron Təhlükəsizlik Xidmətinin direktoru Faiq Fərmanovun adından gələn məktubda bildirilir ki,
yazılar silinmədiyi təqdirdə məhkəməyə müraciət ediləcək”.

Qeyd edək ki, bu gün – avqustun 7-də Səbail rayon məhkəməsi Az24saat.org saytının bloklanması barədə qərar qəbul edib.

Vüqar Qurdqanlı bildirir ki, 06 avqust 2018-ci il tarixində saat 00:15-ə 24saat.org saytının elektron poçtuna Elektron Təhlükəsizlik Xidmətinin direktoru Faiq Fərmanov tərəfindən xəbərdarlıq daxil olub. Xəbərdarlıqda prezidentin köməkçisi Əli Həsənovun adının çəkildiyi 4 yazının 8 saat ərzində silinməsi tələb edilib. Baş redaktor bildirir ki, tələb qanunsuz və anlaşılmaz olduğu üçün yazılar silinməyib: “Çünki xəbərdarlıqda yazıların “az24saat.org.az” domenli saytdan siinməsi tələb edilir. Sözügedən saytın isə mənə aiddiyatı yoxdur. Çünki bizim saytımız “az24saat.org” saytıdır. Bu səbəbdən, xəbərdarlıqda qeyd edilən – “Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər”, “Mətbuat şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi”, “İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ HƏSƏNOVDUR?” və “APA-nı kim, niyə bağladı?” başlıqlı məqalələr saytdan silinmədi. Xəbərdarlıqda böhtan, yalan və qərəzli ifadələrə yol verildiyi iddia edilsə də, sözügedən yazılar informasiya və analiz xarakterli məqalələrdir”.

Vüqar Qurdqanlı qeyd edir ki, 06 avqust axşam saatlarında telefonuna məhkəmə ilə bağlı bildiriş daxil olub və bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mürqciətinə baxılacaq.

Baş redaktor əlavə edir ki, “24saat.org” saytının əsas domen adı olan “www.24saat.org” 5 may 2017-ci il tarixində heç bir xəbərdarlıq olmadan Azərbaycan ərazsinində bloklanıb. Buna səbəb həmin ərəfədə Azərbaycan ərazisində bloklanan meydan.tv, azadliq.info. azadliq.org və digər saytların bütün xəbərlərini istisnasız olaraq təkrar yaymağımız olub.

Sözügedən domen bloklandığı üçün sayt bir neçə vaxtdır “Az24saat.org” domen adı ilə fəaliyyət göstərir.

Qeyd edək ki, indiyədək Azərbaycanda məhkəmə qərarı ilə bloklanan internet resursları aşağıdakılardır:
2017-ci ilin mayın 12-də isə Səbail rayon Məhkəməsinin qərarıyla AzadlıqRadiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.
Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.

Yada salaq ki, 2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

Az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button