2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Xüsusi hidropanellər dünyanın istənilən nöqtəsində havanı təmiz içməli suya çevirirlər

    Bill Gates havadan su əldə edən xüsusi hidropanellərin hazırlanması ilə məşğul olan Source Global adlı startapı dəstəkləyib. Ümumilikdə bu startap artıq 150 milyon dollar investisiya əldə edib. Startap tərəfindən hazırlanan hidropanellər təmiz içməli suya ehtiyac duyan insanların yaşadıqları regionlarda çox lazımlıdır. Hidropanellərin çalışma prinsipi havadan su buxarının udulmasına və onun aqreqat halına kimi sıxılmasına əsaslanır. Günəş şüalarının təsiri vasitəsilə hidropanellər sistemi molekulları təmiz içməli suya çevrir və həmin su hidropanellərin saxlama bölmələrinə yığılır.

Saytların yığılması Saytlarin yigilmasi

    Bu proses üçün nəzərdə tutulmuş hidropanel Arizona Universitetinin daxilində fəaliyyət göstərən Ira Fulton adına Mühəndislik Məktəbinin müəllimi Cody Friesen tərəfindən 2014-cü ildə hazırlanıb. 2018-ci ildə isə 40 ədəd hidropanel Keniyada quraşdırılmışdı. “Biz, Günəş işığından və havadan istifadə edərək planetin istənilən nöqtəsində təmiz içməli suyu əldə edə bilirik. Bu üsul ilə biz suyu bərpa olunan resursa çeviririk” – deyə Cody Friesen qeyd edib. Cody Friesen-in bu ixtirası artıq 52 ölkədə 450 müxtəlif layihədə istifadə edilir. Startapın hazırladığı bir hidropanelin qiyməti 2000$ təşkil edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button