ÖLKƏ

Xüsusi icazəsi olmayanlar evdən yalnız SMS bildişlə çıxa biləcək

Azərbaycan Respublikası Nazirlər Kabineti Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edib. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. 05.04.2020-ci il tarixdən həmin qərara əsasən xüsusi icazəsi olmayan şəxslər yalnız təyin olunmuş qısa nömrəyə SMS göndərməklə evdən çıxmağa icazə ala bilərlər.
Təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli
olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir). Bunun üçün “1 AZE №XXXXXXX” yazıb 8103 qısa nömrəsinə SMS göndərmək lazım.

Ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir) “2 AZE №XXXXXXXX” yazıb 8103 nəmrəsinə SMS göndərilmək lazımdır.

Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.”3 AZE №XXXXXXXX” yazıb 8103 nömrəsinə SMS göndərmək vacibdir. Bu SMS-ə cavab gəldikdən sonra şəxs yaxın qohumunun dəfninə 5 saatlıq icazə ala biləcək.

Xüsusi icazəsi olan şəxslər isə aşağıdakılardır
1.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının
əməkdaşları;
1.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və
Aparatının əməkdaşları;
1.1.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri
və onların müavinləri;
1.1.4. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və
Aparatının əməkdaşları;
1.1.5. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən
dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların
müavinləri;
1.1.6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
əməkdaşları;
1.1.7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
və onun tabeliyindəki qurumların əməkdaşları;
1.1.8. dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə
fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları (1 nömrəli
əlavə);
1.1.9. dövlət səhiyyə orqanlarının və qurumlarının
(müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları;
1.1.10. hüquq-mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə
tutulmuş orqanların əməkdaşları, vəkillər;
1.1.11. kütləvi informasiya vasitələrinin əməkdaşları;
1.1.12. Azərbaycan Respublikasında akkreditasiya olunmuş
diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları
və onların yerli heyəti (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

Aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən
tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az”
portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir:
1.2.1. dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi
şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi
şəxslərin işə cəlb olunan əməkdaşları (2 nömrəli əlavə);
1.2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il
30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə
fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi
şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs
yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri;
1.2.3. fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl
hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin
edilməsi üçün tələb olunan əməkdaşları.
1.3. “ASAN Könüllüləri” İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri”
Hərəkatı, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” tələbə-könüllüləri,
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar
“icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.
Müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər
əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər
barədə məlumatları “icaze.e-gov.az” portalına 3 aprel 2020-ci il saat
10:00-dan etibarən daxil etməlidirlər.

1 nömrəli əlavə
Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət
əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz
fəaliyyət göstərən müəssisələrin
Siyahısı

  1. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
  2. “Azəriqaz” İstehsalat Birliyi
  3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
  4. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
  5. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
  6. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (onun törəmə və
    birgə müəssisələri)
  7. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
    Cəmiyyəti
  8. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
  9. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti
  10. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti
  11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
  12. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar
    Cəmiyyəti
  13. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
  14. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
  15. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
  16. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika
    Seysmoloji Xidmət Mərkəzi
  17. Bakı Nəqliyyat Agentliyi
  18. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
  19. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar
    Cəmiyyəti
  20. Dövlət Dəniz Agentliyi
  21. Dövlət Mülki Aviasiya Agentliyi
  22. Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi
  23. Çörək və digər ərzaq məhsullarının istehsalı, tədarükü və
    təchizatı müəssisələri

2 nömrəli əlavə
Məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə
edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra
hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan
hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik
hüquqi şəxslərin
Siyahısı

  1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək
    Texnologiyalar Nazirliyi
  2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
    Nazirliyi
  3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
  4. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
    Nazirliyi
  5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
  6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
  7. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi
  8. Azərbaycan Respublikasının Energetika Nazirliyi
  9. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
  10. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
  11. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi
    Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
  12. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
  13. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
    Komitəsi
  14. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
    üzrə Dövlət Komitəsi
  15. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət
    Komitəsi
  16. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
  17. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
    Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
  18. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
  19. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
  20. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
  21. Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi
  22. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
  23. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)
  24. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi
    üzrə Milli Agentlik
  25. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus
    banklar
  26. Azərbaycan Respublikasının Dövlət Neft Fondu
  27. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti
    orqanları
  28. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi
  29. Azərbaycan Respublikasının Dənizkənarı Bulvar İdarəsi
  30. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
  31. Azərbaycan Respublikasının Hesablama Palatası
  32. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
  33. Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondu
  34. Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf
    Fondu
  35. “Azərkontrakt” Səhmdar Cəmiyyəti
  36. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit
    Təşkilatı

24saat.org

Mənbə – azadliq.info

Bənzər məqalələr

Back to top button