2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Xüsusi təyinatlılar 3 Azərbaycan vətəndaşını saxta pulla həbs etdi – VIDEO

Moskvada polis Milli Qvardiyanın SOBR xüsusi təyinatlı dəstəsinin döyüşçülərinin dəstəyi ilə restoranlardan birində 3 Azərbaycan vətəndaşını külli miqdarda saxta pulla yaxalayıb.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, saxlanılanların adları açıqlanmır, ancaq yaşları 25-lə 50 arasındadır. Üstəlik biri “tanınmış şəxsdir” və ictimai iaşə məhsullarının təchizatı ilə məşğul olan şirkətin rəhbəridir.

Xüsusi əməliyyat azərbaycanlıların restoranlardan birində 500 min rubl məbləğində saxta pul reallaşdırmaq istəyərkən keçirilib. Sonradan onlardan daha 1 milyon rubl məbləğində saxta pul aşkar edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Saxlanılanlardan biri əməliyyatçıların kameralarına “mən heç nə bilmirəm, bura tanışımla görüşməyə gəlmişdim” deyib. Həmin şəxsin dediyinə görə Moskvaya 4 il əvvəl gəlib, çörək zavodunda, başqa yerlərdə işləyib. Ancaq il yarımdır ki, işsizdir. Əvvəllər oğurluğa görə məhkum edilib. “Nə oğurlamışdın?” sualına azərbaycanlı “”Heç, cüzi bir şey” cavabı verib. “Daha nə deyə bilərsiniz?”-çəkiliş aparan əməliyyatçı ondan soruşub. Azərbaycanlı nəsə deməyə çətinlik çəkdiyini deyib. Bu zaman ona məsələhət görüblər ki, məsələn, axırıncı hansı kitabı oxuduğunu, yaxud hansı filmə baxdığını deyə bilər.

Azərbaycanlı isə etiraf edib ki, kitab oxumur və filmə baxmır. “Mənim həyatım elə başdan ayağa filmdir”-o deyib.

Rusiya DİN-in Moskva üzrə Baş idarəsindən bildiriblər ki, saxlanılan miqrantlara qarşı saxta pul hazırlama, daşıma və dövriyyəyə buraxma ittihamı ilə cinayət işi qaldırılıb. Hazırda saxta pulun hazırlandığı yer və cinayətin digər iştirakçıları müəyyənləşdirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button