2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

XX əsrin sonuncu “XAÇ ATA”sı – Bulqer FTB-ni barmağına necə dolamışdı

Onun həbsi  bütün dünya üçün sensasiya  idi. Zarafat deyil, XX əsrin ən  sonuncu və ən qüdrətli qanqsteri  məhkəmə qarşısına çıxarılacaqdı. Prosesdə iştirak etməyə  yüzlərlə jurnalist, kriminalist can atırdı. Sonuncu əfsanənin  məhkəməsini izləmək üçün…

Söhbət Ceyms Bulqerdən gedir.

24saat.org saytı bildirir ki, o Boston küçələrində İtalya və İrland bandaları arasında gedən  qanlı müharibələrin sağ qalan yeganə şahidi idi.

Saytların yığılması Saytlarin yigilmasi

Bulqer Boston kriminal aləminin kralı idi. Onun adı FTB-nin siyahısında Üsamə Bin Ladenlə eyni sırada idi. Başına xeyli pul qoyulsa da,  axtarışları uzun müddət nəticə verməmişdi.

Zirvəyə doğru

Bulqerin  atası limanda fəhlə, anası irlandiyalı miqrant idi. Ailə çox kasıb yaşayırdı. Yemək  tapmaq üçün Bulqer  kiçik yaşlarından küçələrə düşmüşdü. 14 yaşında silahlı qarətə görə həbs olundu. Ancaq yaşı az olduğu üçün islah işlərinə göndərildi.

5 il sonra o ABŞ ordusu sıralarına yollanır. Ancaq  bir neçə ay keçmiş  nizamnəməni pozduğu üçün tribunala verilir və ordu sıralarından 1956-cı ildə qovulur.

Az sonra yenə silahlı basqın ittihamı ilə həbs olunur.  Davakar xarakterinə görə onu məşhur Alkatras həbsxanasına yollayırlar. O həbsxanadan 1965-ci ildə çıxır. Həbsxanada olarkən kriminal aləmlə əlaqələr qurur, avtoritet qazana bilir.

Bostona qayıdan gənc mafioz  öz bandasını qurur. Həmin vaxt şəhər artıq müxtəlif qruplaşmalar arasında bölünmüşdü. Əgər pay istəyirdinsə, müharibə elan etməliydin. Bulqer heç nədən çəkinmirdi. Beləliklə, şəhərdə bandalar arası müharibəsi başladı.

Məsələ ondadır ki, Bulqer həm də FTB-nin gizli agenti idi.  Ancaq  bu əlaqədən Ceyms öz maraqları üçün istifadə edirdi. Faktiki olaraq FTB-ni barmağına dolamışdı.  Sərf etməyən, özünə rəqib olanları FTB-yə satırdı, yaxud özü aradan götürürdü.  Faktiki olaraq bütün düşmənərini məhv edib Boston kriminalının zirvəsində yer almışdı.

19 qətl və həbs qərarı

Bulqer əsil yırtıcı idi. O vaxtın mafioziları arasında spirtli içki içməyən, siqaret çəkməyən, kokain iynəmiyən qanqsterlərə çəp baxırdılar. Bu Ceymsin vecinə deyildi.  Sağlam həyat tərzi sürürdü. Narkotik və içkidən uzaq idi. Bəlkə elə bu səbədən  90-cı illərin ortalarına kimi imperiyasını qoruyub saxlaya bilmişdi.

1995-ci ildə FTB  Bulqeri həbs etməyə hazırlaşırdı. O, təkcə Cənubi Bostonda 19 qətl hadisəsində şübhəli bilinirdi.  FTB-də əməkdaşlıq etdiyi xəfiyyələrdən biri  Bulqeri  həbs olunacağı ilə bağlı xəbərdar edir.

Ceyms kinolardakı kimi əlində avtomatla oturub həbs olunacağını gözləmir.  Sadəcə olaraq rəfiqəsi  Ketrin Qreyqlə aradan çıxır.

Təqaüdçünün həbsi

2010-cu ildə FTB xəfiyyələrinə məlumat daxil olur ki, Bulqer  plastik əməliyyat keçirib və üz görünüşünü tamamilə dəyişib. Agentlər  dünya üzrə bütün plastik cərrah həkimləri ilə işə başlayır. Ancaq nəticə olmur.

2011-ci ildə isə xəbər çıxır ki, Bulqer vəfat edib. Bu xəfiyyələrin işini lap çətinləşdirir.

Axtarışlara ABŞ  Federal  Marşal Xidmətinin əməkdaşları da qoşulur. Bu nəhayət ki, öz nəticəsini verir.

Son 10 il ərzində Santa Monika şəhərində Çarli və Kerol Qasko adlı yaşlı cütlük yaşayırdı. Adi qoca həyatı, gündüzlər sahildə gəzir, axşamlar evdə televizora baxırdılar.  Qonşular onları çox mədəni insan kimi xarakterizə edirdi. Əsil  təqaüdçü həyatı. Lakin günlərin birində bu təqaüdçülərin evi FTB xəfiyyələri tərəfindən mühasirəyə alınır.

Çarli Qasko elə Ceyms Bulqer idi. O, sakitcə təslim oldu. Ahıl yaşında gizlənməkdən bezmişdi.

FTB  əməliyyatı ilə qürrələnirdi. Canlı əfsanə məhkəmə kürsüsündə idi. Məhkəmədə 81 yaşlı mafiya bossunun 11 qətldə əli olduğu sübut edildi.

İki ömürlük həbs cəzasına məhkum edilən Bulqer  2014-cü ildə Floridadakı həbsxanaya  göndərildi.

İlqar Atabəyli

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button