2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Yəməndə partlayış – 40 ölü

Yəmənin cənubunda güclü partlayış baş verib. ANS PRESS-in məlumatına görə, El-Mukalla şəhərində baş vermiş partlayışda qurbanların sayı 40 nəfərə çatıb.

Partlayışı terrorçu-kamikadzelər həyata keçirib. Hücumların əsas məqsədi hərbi obyektlər olub. İnsident nəticəsində 24 nəfərin yaralandığı deyilir. Onlar dərhal xəstəxanalara yerləşdiriliblər.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisəyə görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb. Onlar 8 hücumçunun da məhv edildiyini bəyan ediblər.

Yerli hakimiyyət şəhərin 4 fərqli rayonunda partlayışların baş verdiyi barədə məlumat verib.

Hazırda Yəməndə silahlı münaqişə cərəyan edir. Bənzər hadisə bu il mayın 23-də Yəmənin müvəqqəti paytaxtı sayılan Ədən şəhərində baş verib. Şəhərdə iki terror aktı nəticəsində 45 nəfər həlak olub.

Hər iki terror aktı üzərinə partlayıcı qurğu bağlamış şəxsin özünü partlatması nəticəsində baş verib. Birinci partlayış hökumət silahlı qüvvələrinin komandirinin evinin qarşısında qeydə alınıb. Komandir özü sağ qalsa da orduya könüllü qoşulmaq istəyənlərdən 25 nəfər həlak olub.

İkinci partlayış isə insan resursları mərkəzinin qarşısında törədilib. Burada da azı 20 nəfər həyatını itirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button