2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

“Ya həbsə getməlisən, ya da inandığın dəyərlərdən imtina etməlisn”

Rəsul Cəfərov: “Mən belə bir seçim qarşısında qalsam dəyərlərimdən imtina etməyəcəyəm”
24 saat.org İnsan Hüquqları Klubun sədri, hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Rəsul Cəfərovla müsahibəni təqdim edir.
– Rəsul bəy, artıq xeyli vaxtdır ki, həbsdən çıxmışınız. Hazırda fəaliyyətiniz haqqında geniş məlumat verməyinizi istərdik?
– Hazırkı fəaliyyətim əvvəllər olduğu kimi hansısa layihələr və ya proqramlar çərçivəsində deyil. Çünki hazırkı mövcud məhdudlaşdırıcı qanunvericiliyə görə, sərbəst QHT olaraq fəaliyyət göstərmək Azərbaycanda mümkün deyil.Buna görə də, daha çox fərdi qaydada hansısa işləri görməyə çalışıram. Məsələn, qanunsuz həbs və ya işgəncələrlə bağlı məlumat aldıqda qanunvericiliklə nəzərdə tutulan addınlar atıram. Yəni müraciətlər göndərirəm, sənədlərə qoşuluram, çağırışlar edirəm və s. İkincisi, hazırda məşğul olduğum digər məsələ öz işimlə bağlıdır. Bildiyiniz kimi hazırda İnsan Hüquqları Klubunun işi Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır. Bu işlə bağlı məşğul oluram. Eləcədə ölkədən çıxanda və ölkəyə daxil olanda üzərimə və əşyalarıma faktiki olaraq qanunsuz baxış keçirilir. Bunun səbəbi mənə məlum deyil. Bütün bunlarla bağlı hazırda dövlət qurumları ilə yazışmaları davam etdirirəm. Üçüncü istiqamət dəvət edildiyim beynəlxalq tədbirlərdə iştirakımla bağlıdır.Mən belə tədbirlərdə iştirak edirəm. Burada da ilk məqsədim Azərbaycanın üzvü olduğu və öhdəliklər götürdüyü beynəlxalq təşkilatlara çağırışlar etməkdən ibarət olur ki, Azərbaycan hökuməti ilə insan haqları sahəsində dialoqu davam etdirsinlər, həbsdə qalan siyasi məhbusların azadlığa çıxamasına, QHT qanunvericiliyinin dəyişdirilməsinə öz töhvəsini versinlər.
– Kifayət qədər həbsdə qaldınız. Azadlıqda olmaqla həbsdə olmağın fərqi nədir?
– Həbslə azadlıq arasında fərqlər əlbəttə ki, çoxdur. Ancaq onlarım hamısı heç də böyük əhəmiyyət daşımır. Mənim üçün əsas fərq odur ki, azadlıqda mənə əzziz insanlara yaxın oluram və onlara kömək etməyə çalışıram. Eyni zamanda da cəmiyyət və dövlət üçün əhəmiyyətli olan fəaliyyət həyata keçirməyə çalışıram. Həbsdə bunları etmək olmur.
– Azadlığa çıxandan sonra təəssüratınız necədir, Azərbaycanda çoxmu şeylər dəyişib?
– Təəssüratım belədir ki, vəziyyət bir çox sahələrdə, xüsusən iqtisadi-sosial sahədə və vətəndaş cəmiyyəti sahəsində geriləyib. Bununla parallel olaraq sosial şəbəkələrdə çox yetərli fəallıq müşahidə edirəm. Bunun yaxşı və yap is olduğunu demək çətindir. Müşahidəm və gəldiyim qənaət belədir ki, hər bir sahədə sönüklük var. Biznesdən tutmuş mədəni sahələrə qədər.
– Necə düşünürsünüz, yenidən həbsə getməyə dəyərmi?
– Mənim mövqeyim həmişə belə olub ki, maksimum şəkildə çalışmışam ki, həbsə getməyəsən, amma təəssüflər olsun ki, bizdə bu alınmır. Yəni sən ya həbsə getməlisən, ya da inandığın dəyərlərdən imtina etməlisn. Mən yenə belə bir seçim qarşısında qalsam dəqiq bilirəm ki, dəyərlərimdən imtina etməyəcəyəm. Çox ümid edirən ki, Azərbaycanda siyasi motivli həbslər təcrübəsinə son qoyulacaq. Təəssüflər oslun ki, bunun özü çox çəin prosesdir. Ancaq mən buna ümid edirəm.
– Ölkədə siyasi fəallığı, xüsusilə Gənclərin fəallığı nə dərəcədədir, bu haqda fikriniz nədən ibarətdir?
– Ümumi şəkildə baxdıqda siyasi fəallıq azalıb. Bu ilk növbədə hakimiyyətin tətbiq etdiyi mərhumiyyətlərlə, məhdudiyyətlərlə, həbslər və təzyiqlərlə bağlıdır. Amma digər tərəfdən, düşünürəm ki, bu qədər təzyiq nəticəsində Azərbaycanda ümumiyyətlə QHT və hüquq müdafiəçiləri olmamalı idi. Və ya fəallıq göstərən, göstərməyə çalışanlar olmamalı idi. Ancaq fakt odur ki, belə şəxslər var və bu gələcəyə nikbin baxmaq üçün ümidlər verir.
– Ümumiyyətlə siyasi aktivliyin deyil, belə passiv təəssüratın olmasına səbəb nədir və bu sona qədər davam edə bilərmi?
– Hesab edirəm ki, ümumi passivliyin yaranmasının əsas səbəbi ölkədə azadlıqların məhdudlaşdırılmasıdır. Əlbəttə, söhbət yalnız siyasi azadlıqlardan getmir. Baxın, bu gün hansısa incəsənət nümayəndəsi istədiyi fəaliyyəti göstərə bilərmi? Cavab birmənalı müsbət ola bilməz. Və yaxud ölkədə sahibkarlıqla bağlı vəziyyət hər kəsə aydındır. Yəni cəmiyyətin azadlıq ruhuna ciddi zərəb vurulub və bu əslində həm dövlət üşün, həm də indiki hakimiyyətin özü üçün çox pisdir.Bu çoxsaylı neqativ nəticələr passiv təəssüratı yaratmaqda davam edir. Məsələn, intellektual insanlar ölkəni tərk edir, bizneslər işləmir, ölkənin beynəlxalq imici zəifləyir və s.
– Bəllidir ki, QHT-lərin fəaliyyətində müəyyən problemlər mövcuddur. Xüsusilə, qanunvericiliyə edilən dəyişikliklərdən sonra QHT-lərin fəaliyyəti əvvəlki kimi deyil. Bu baxımdan nə düşünürsünüz, hansı addımlar atılmalıdır?
– QHT-lərlə bağlı məsələyə yuxarıda ayrılıqda toxundun. Qısaca olaraq onu deyə bilərəm ki, QHT qanunvericiliyi liberallaşmalıdır. Heç kim və heç bir qurum iddia etmir ki, bu sahəyə nəzarət olmamaldır. Bizim istədiyimiz sadəcə fəaliyyətimiz üçün normal şəraitin yaradılmasıdır. Məsələn, niyə kommersiya təşkilatları prezidentin bir pəncərə fərmanı ilə 3 gün ərzində qeydiyyata alınırlar, amma qeyri-kommersiya təşkilatları illərlə qeydiyyata alınmırlar? Və ya donoru, qrant müqaviləsini və digər detalları qeydiyata aldırmağın mənası nədir? Əgər qrant alan təşkilat donoru, qrant müqaviləsini və fəaliyyətini gizlətmirsə, həmçinin məktubla müvafiq dövlət qurumunu məlumatlandırırsa, burada hansı problem yarana bilər? Üstəlik bu məlumatlandırmadan dövlət orqanları hansısa məqamlarla bağlı şübhəıli qalsalar, araşdırma apara bilərlər. Amma bütün bunları bir kənara qoyaraq əvvəlcədən icazə sisteminı nə ehtiyac var? Və QHT-lərin vasitəsilə hansısa xaosun yaradılması, və ya sabitliyin pozulması ilə bağlı iddialar da çox zəfi və arqumentsiz iddialardır. Və faktiki olaraq bu iddialar sübut edilə bilmədi. Çünki belə hallar sadəcə olmayıb.
– REAL-da vəziyyət necədir?
– REAL-la bağlı onu deyə bilərəm ki, mən bu təşkilatda İdarə Heyətinin üzvüyəm. Başqa sözlə, mənim REAL-da fəaliyyətinn ancaq İdarə Heyətində təmsilçiliklə bitir. Lakin şübhəsiz ki, REAL-ın sırf siyasi qurum kimi uğur qazanacağına inanıram. Həbsdən çıxdıqdan sonra REAL-ın daha kütləviləşdiyini müşahidə etmişəm. Bu proses ola bilsin ki, sürətlə getmir, amma indiki mərhələ üçün bəlkə də, bu cür olmalıdır.

24saatorg

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button