Yadplanetlilərin axtarışı üçün olan tənlik əsasında ciddi münasibət partnyorunu tapmaq olar

Sauthempton Universitetinin alimləri ciddi münasibət üçün potensial partnyorun axtarış düsturunu tərtib ediblər. Maraqlısı ondadır ki, tərtib edilmiş düstür Dreyk tənliyinə əsaslanır. Qeyd etmək lazımdır ki, bu tənlik qalaktikada bizimlə əlaqəyə girmək ehtimalı olan sivilizasiyaların sayını hesablamağa imkan verən riyazi formuldur. Mütəxəssislər düşünürlər ki, indiki vəziyyətdə ciddi münasibət üçün potensial partnyoru tapmaq yadplanetli sivilizasiyanı tapmaqdan daha asandır. Bu proses üçün nəzərdə tutulmuş düsturun yaradılması üçün Dreyk tənliyi heç də təsadüfən seçilməyib. Belə ki, Dreyk tənliyində çoxlu sayda faktor var və həmin faktorlardan istifadə edərək potensial partnyorun axtarış kriteriyalarını təyin etmək olar. Mütəxəssislər tərəfindən təqdim edilmiş faktorlar isə aşağıdakı kimidir:
G – potensial partnyorların sayı
R – ölkədəki əhali artımı
fG – axtaranın üstünlük verdiyi cinsdən olan əhalənin nisbəti
fL – potensial partnyor axtarışı aparılan şəhərdə kişi/qadın nisbəti
fA – potensial partnyor axtarışı aparılan şəhərdə üstünlük verilən yaş üzrə kişi/qadın nisbəti
fU – potensial partnyor axtarışı aparılan şəhərdə üstünlük verilən yaş üzrə ali təhsilli kişi/qadın nisbəti (vacib olmayan faktor)
fB – potensial partnyor axtarışı aparılan şəhərdə üstünlük verilən yaş üzrə ali təhsilli və cəlbedici kişi/qadın nisbəti
L – potensial partnyor axtarışında olanın yaşı.
Beləliklə bu faktorlar üzərində qurulmuş düstur belədir: G = R x fG x fL x fA x fU x fB x L