2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Yadplanetlilərin axtarışı üçün olan tənlik əsasında ciddi münasibət partnyorunu tapmaq olar

    Sauthempton Universitetinin alimləri ciddi münasibət üçün potensial partnyorun axtarış düsturunu tərtib ediblər. Maraqlısı ondadır ki, tərtib edilmiş düstür Dreyk tənliyinə əsaslanır. Qeyd etmək lazımdır ki, bu tənlik qalaktikada bizimlə əlaqəyə girmək ehtimalı olan sivilizasiyaların sayını hesablamağa imkan verən riyazi formuldur. Mütəxəssislər düşünürlər ki, indiki vəziyyətdə ciddi münasibət üçün potensial partnyoru tapmaq yadplanetli sivilizasiyanı tapmaqdan daha asandır. Bu proses üçün nəzərdə tutulmuş düsturun yaradılması üçün Dreyk tənliyi heç də təsadüfən seçilməyib. Belə ki, Dreyk tənliyində çoxlu sayda faktor var və həmin faktorlardan istifadə edərək potensial partnyorun axtarış kriteriyalarını təyin etmək olar. Mütəxəssislər tərəfindən təqdim edilmiş faktorlar isə aşağıdakı kimidir:

G – potensial partnyorların sayı

Saytların yığılması Saytlarin yigilmasi

R – ölkədəki əhali artımı

fG – axtaranın üstünlük verdiyi cinsdən olan əhalənin nisbəti

fL – potensial partnyor axtarışı aparılan şəhərdə kişi/qadın nisbəti

fA – potensial partnyor axtarışı aparılan şəhərdə üstünlük verilən yaş üzrə kişi/qadın nisbəti

fU – potensial partnyor axtarışı aparılan şəhərdə üstünlük verilən yaş üzrə ali təhsilli kişi/qadın nisbəti (vacib olmayan faktor)

fB – potensial partnyor axtarışı aparılan şəhərdə üstünlük verilən yaş üzrə ali təhsilli və cəlbedici kişi/qadın nisbəti

L – potensial partnyor axtarışında olanın yaşı.

Beləliklə bu faktorlar üzərində qurulmuş düstur belədir: G = R x fG x fL x fA x fU x fB x L

24 saat” “Yadplanetlilərin axtarışı üçün olan tənlik əsasında ciddi münasibət partnyorunu tapmaq olar” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button