2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Yağıntılar nə vaxt kəsəcək? – Nazirlik açıqladı

“Azərbaycanda fevral ayının 2-dən etibarən yağıntıların kəsiləcəyi gözlənilir”.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
O bildirib ki, hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti bu gün və sabah da davam edəcək: “Fevral ayının 2-si gündüz əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Paytaxtda və Abşeron yarımadasında da bu gün və sabah yağıntılı hava şəraiti müşahidə olunacaq, bəzi yerlərdə intensivləşəcək. Fevral ayının 2-də isə yağmursuz hava şəraiti müşahidə olunacaq”.

Direktor müavininin sözlərinə görə, bu gün müşahidə ediləcək havanın minimal temperaturu 0-4 dərəcə şaxta, günorta saatlarında isə arabir 0-2 dərəcə isti olacaq: “Bu gün səhər saatlarından etibarən ölkə ərazisində qar yağmağa başlayıb. Qarın gün ərzində yağacağı gözlənilir, bəzən intensivləşəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button