2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yağış Bakının real mənzərəsini ortaya qoydu

Kanalizasiya quyuları qəza vəziyyətindədir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə maraqlı bir açıqlama verilib. Məlumatda deyilir ki, intensiv yağışların yağması Bakı ərazisində istismarda olan kabel-kanalizasiya quyuları üçün ciddi təhlükə yaratmır. Nazirliyin məlumatında deyilir ki, son bir ildə kabel-kanalizasiya quyuları və xətt təsərrüfatı normativlərə uyğun vəziyyətə gətirilib: “Artıq mövcud quyuların 70 faizi lazımi standartlara cavab verir. Bu isə o deməkdir ki, quyulara su sızması kommunikasiyanın keyfiyyətinə ciddi təsir etmir. Bundan başqa, bu cür hallarda qəza briqadaları su ilə dolmuş quyuları operativ şəkildə mobil nasoslar vasitəsilə təmizləyirlər”.
Elə bu xəbərlə eyni vaxtda Bakı Nəqliyyat Agentliyi də məlumat yayıb. Məlumatda bildirilir ki, yağışlı havayla əlaqədar paytaxtın iki əsas avtomagistralında – Heydər Əliyev prospektində Buzovna dairəsinədək və Zığ dairəsi – Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endiriliib.
Ümumiyyətlə, Bakı üçün yağışlı hava əhalinin əlavə çətinlik və narahatlıqla üzləşməsi deməkdir. Çünki yağıntılı havadan sonra küçələrdə axan su hərəkəti bütünlüklə məhdudlaşdırır. Kanalizasiya sisteminin bərbadlığı isə bütün aydınlığıyla üzə çıxır. Beləliklə, qışa hazırlığı vaxtında həyata keçirməsə də, ciddi problemin olmadığını iddia edən əlaqədar qurumların necə fəaliyyət göstərməsi ilin bütün fəsillərində ortaya çıxır.
Hazırda partaxtın küçələrində sudan tıxac yaranıb. Bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Piyada hərəkəti mümkünsüz olub, hətta avtobuslar da müxtəlif istiqamətlərdəki daimi qrafikini dəyişməli olub. Elə bu yazını hazırlayana qədər müşahidə etdiklərimiz belədir. Avtobus sürücüləri sərnişinlərə bəzi kücələrdən keçməyəcəyi barədə xəbərdarlıq edirlər. Bu isə təbii ki, sərnişinlərin narazılığına və metro stansiyalarında hədsiz sıxlığa səbəb olur. Kanalizasiya sisteminin bərbadlığı ucbatından, onun yağış suyunu ötürmək qabiliyyəti sıfıra enib. Bir neçə küçədə gördüyümüz mənzərə isə lap ürəkbulandırıcıdır. Dolan kanalizasiya quyuları cirkab suyunu küçələrə axıdır. Bunun isə sonrakı fəsadının necə olacağını deməyə ehtiyac yoxdur. Heç bir idarə və müəssisə isə sanki bu əcaib mənzərəni görmür. Yuxarıda qeyd edilən tədbirlərdən isə danışmağına dəyməz. Bəlkə də bəzi kücələrdə suçəkən nasoslar işləyir. Lakin bütövlükdə kanalizasiya suyunun qarşısını alan tədbirlər görülmür. Hazırda iş görmək əvəzinə bəyanatlar verməyin isə paytaxt əhalisi üçün mənası yoxdur. Yağışdan sonrakı real mənzərənin aradan qaldırılması tək estetik deyil, sanitariya məsələləri baxımından da vacibdir.

Saytların yığılması Saytlarin yigilmasi

azadlıq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button