Now Reading:
Yağış davam edəcək, qar yağacağı ehtimalı var

“Növbət iki gündə ölkə ərazisində hava şəraitinin əsasən mülayim və yağmursuz keçəcəyi gözlənilir”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, martın 13-14-də havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir: “Lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var”.

Paytaxda müşahidə olunacaq hava şəraitinə gəlincə mütəxəssis bildirib ki, mart ayının 13-14-də Bakı şəhərində fasilələrlə, arabir çiskinli yağış yağacaq: “Növbəti iki gündə mülayim cənub-şərq küləyi əsəcək”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.