Now Reading:
Yağış, qar gözlənilir

Dağlıq bölgələrə qar yağacaq

Aprelin 11-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı bildirilir.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yayıb. Bildirir ki, axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Gecə 5-8, gündüz 12-17, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Dağlıq ərazilərdə isə qar gözlənilir. Gecə 3-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 6-11 dərəcə isti təxmin edilir.

24saat.org

Mənbə – www.meydan.tv

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.