AZ24SAAT.ORG

Now Reading:
Yağışlardan sonra Bayılda SON DURUM

Dünən və bu gün yağan yağışın təsirindən Bayıl yamacında – Teleqülləninin yaxınlığındakı sürüşmə sahəsində torpaq qatı daha da ağırlaşıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərazidə sürüşmə prosesinin bitdiyini demək olmaz. Hazırda ərazidə sürüşmə prosesi aktiv fazadadır: “Dünən və bu gün atmosfer yağntılarının miqdarı çox olduğundan burada torpaq qatı bir az da ağırlaşıb. Amma hələ ki, elə bir ciddi dəyişiklik hiss etməmişik”.

Ə.Qaralov bildirib ki, sürüşmə sahəsində torpaq qatının daha da ağırlaşması sürüşməyə səbəb olan amillərdən biridir:

“Torpaq qatının ağırlaşması təhlükəni bir az da artırır. Atmosfer çöküntüləri normadan artıq olanda qrunt bir az ağırlaşır, nəticədə yamac boyu, relyefə uyğun olaraq, süxurlar arasında ilişmə qüvvəsi itdiyinə görə o, hərəkət edir. Bu da sürüşməyə səbəb olan amillərdəndir. Hazırda burada kütlənin üzərində o qədər çat var ki, onlardakı artımları gözlə müşahidə etmək artıq mümkün deyil”.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.