Now Reading:
Yağmurlu hava bəzi sürüşmə sahələrində aktivləşmə yaradıb

Yağmurlu hava bəzi sürüşmə sahələrində aktivləşmə yaradıb

Bir neçə gündür, müşahidə olunan yağmurlu hava bəzi sürüşmə sahələrində aktivləşməyə səbəb olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev APA-ya açıqlamasında deyib ki, hazırda Masazırda müəyyən qədər aktivləşmə var. Çatlarda 1,5-3 sm genişlənmənin müşahidə olunduğunu deyən Ə.Piriyev qeyd edib ki, yağışların intensivləşməsi nəticəsində sürüşmə inkişaf edib.

Onun sözlərinə görə, Qonaqkənd, Lənkəran-Astara yolunda da cüzi uçqun-çöküntü baş versə də, fəaliyyətdə olan davamlı sürüşmə baş verməyib. Bakının və Abşeronun digər yerlərindəki sürüşmə sahələrində isə tam sakitlikdir.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.