2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Yalançı məzarda kəfənə şəklini və köynəyini büküb basdırmışam…”

Xəbər verdiyimiz kimi, bu gün əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşmüş şəxs kimi qeydiyyata alınan 62 nəfər Azərbaycan hərbçisinin siyahısını açıqlayıb.

Açıqlanan siyahıda 19 yaşında şəhid olan hərbçi Dadaşov İlham Adil oğlunun da adı var.

Qeyd edək ki, bir neçə gün əvvəl jurnalist Vüsalə Məmmədova şəhidin anası ilə bağlı məlumat paylaşmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

“Şəkildəki Elmira xanımdır…

Oğlu İlham 19 yaşı olanda Fərrux dağında şəhid olub…

1992-ci il, sentyabrın 19-da…

Ermənilər oğlunun nəşini verməyib…

“Dövlətin verdiyi “qan pulu” ilə oğluma yalançı məzar düzəltdim” deyir…

“Yarım metr kəfənə şəklini və köynəyini büküb basdırmışam, təsəlli olsun deyə…”

Fərruxda kütləvi məzarlığın aşkarlandığını eşidib, ümid edir ki, 30 il sonra oğlunu məzarına uzada biləcək…

Bu, bir azərbaycanlı ananın hekayəsidir… Şərh etmək mümkün deyil”, – deyə jurnalist yazıb.

24 saat” ““Yalançı məzarda kəfənə şəklini və köynəyini büküb basdırmışam…”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button