2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Yalançının…ev davası

Deyəsən, ingilis şair və tənqidçi Samuel Consonun fikridir, hərçənd, Tolstoyun da adına çıxırlar: “Vətənpərvərlik əclafların ən son sığınacaq yeridir”. Və zaman-zaman bu fikir özünü doğruldur. Elə ən son Ləman Ələşrəfqızının timsalında olduğu kimi…
O, adımı çəkmədən məni təhqir edib. Son on beş ildə jurnalistikadakı cəsarətsizliyi mənimlə bağlı məsələdə də özünü göstərib. Adımı çəkməyə cəsarəti çatmayıb. Necə ki, özünün ev davasında Əli Həsənovun adını çəkə bilmir, Anarın adıyla pərdələnməyə çalışır…
Evi ola-ola müftə mənzil almaqdan ötrü bir çox yolları sınaqdan keçirib, axırda utanmadan 6 yaşlı övladının dili ilə yalvaran jurnalist xanım onu bu mükafata layiq görməyənləri əvvəlcə ad çəkmədən, üstüörtülü şəkildə qınadı. Az sonra Əli Həsənovun belə bir açıqlaması meydana çıxdı: “Belə davam eləsələr, növbəti ev bölgüsündən də kənarda qalacaqlar”.
Üç il sonra hazır olacaq yeni binadakı mənzilin pusqusunu indidən quran xanım bu dəfə niyyətinə çatmaqdan ötrü vətənşüvən qiyafəsinə girdi, ürəkbulandıran ritorikaya keçdi. Bildiyimiz qarayaxma: Qərbin qucağında oturanlar, qrant yeyənlər və s. Növbəti ev bölgüsü üçün bu üsulla özünə dividend qazanmağa çalışır. Yəni baxın, görün, mən də söyə bilirəm…
Adı daim dava-şava ilə gündəmdə olan bu jurnalist haqqında deyilənlərin nə dərəcədə doğru olduğunu bilmirdim. Çünki “Azadlıq”a yeni gəldiyim dönəmdə çox az müddət birlikdə işləmişdik. Maaşın azlığına görə çıxıb getdi. Amma indi haqqımda yazdığı yalanları görəndə deyilənlərin heç də əsassız olmadığını düşünürəm.
Guya mən qrant yeyirəm, qrant hesabına xarici səfərlərə gedirəm və s. Burada “Yalançının…” ifadəsinin əsl yeridir…
Nə böyük iş olub, mən “Azadlıq” qəzetində bundan sonrakı dövrdə işləməyə başlamışam. Adam az qala, əllini haqlayıb, amma hələ də anlamayıb ki, kəmiyyət keyfiyyət göstəricisi deyil. Üstəlik, “Azadlıq”da 2003-cü ildən sonra qalıb işləmək həm də cəsarət, pulsuzluğa dözüm kimi keyfiyyətlər tələb edirdi. İlk fürsətdə jurnalistikaya da, yoldaşlığa da xəyanət edənlərdə belə keyfiyyətlər olmur.
Cəsarətdən söz düşmüşkən, mənim haqqımda yazını yayımlamış “gununsesi.info” saytının rəhbəri Pərviz Həşimli haqsız həbs olunub, illərlə orada saxlanılanda bu jurnalist xanım harda idi? Pərvizin evinə hücum edib, 6 yaşlı qızının oyuncaqlarının arasına silah atılanda, özü başına torba keçirilib küçədən oğurlananda, MTN-in zirzəmisində işgəncələrə məruz qalanda bu hadisələr haqda bircə cümlə yazmağa, efirə verməyə cəsarəti çatmışdımı? Pərviz MTN-də ağlayanda onun səsini cəmiyyətə “darıxdırıcı məhkəmə proseslərindən uzunçuluq edən” mən (öz yazısında məni bu cür təqdim edib) və mənim kimilər çatdırırdı. Çünki o zaman MTN-nin qılıncının dalı da kəsirdi, qabağı da. Bu xanımın Pərvizin başına oyun açanların adlarını ağzına almağa da cəsarəti çatmazdı…
Daha bir yalan yazıb ki, guya mən ona “jurnalistikaya sizə görə gəlmişəm” demişəm. Yenə də “Yalançının…” ifadəsinin yeridir, amma demirəm. Çünki bu adam elə hərəkətləri özünə rəva görüb ki, belə bir yalan danışmaq onların yanında heç nədir. Bircə onu deyə bilərəm ki, mən “Azadlıq”a praktikaya gələnə qədər bunun adını ümumiyyətlə eşitməmişdim. Ona görə jurnalistikaya necə gələ bilərdim?
Ləman Ələşrəfqızı “Sanki jurnalistin dövlətdən ev alması ciddi bir qəbahətdir” yazır. Amma özünü peşəkar sayan bu jurnalistin heç olmasa, “Jurnalistlərin peşə etikası qaydaları”ndan xəbəri olmalıydı. Bu Kodeksin 4.1 bəndində deyilir:
“Qiymətli hədiyyələr, pulsuz xidmətlər həm jurnalistlərin, həm də onların təmsil etdikləri informasiya orqanlarının adına xələl gətirə bilər. Odur ki, jurnalist daşıdığı vəzifəyə görə heç kimdən qiymətli hədiyyə almamalı, yaxud özünə pulsuz xidmət göstərilməsinə şərait yaratmamalıdır”.
Yazısında Mikayıl Mirzənin ona “siz mətbuatın tulalarısız” deməsini də yada salıb. Mikayıl Mirzədən heç vaxt xoşum gəlməyib. Amma, insafən, çox dəqiq demişdi…

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button