2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yalanı yeridən yalançılar var imiş

Vahid Məhərrəmli

Kənd təsərrüfatı naziri yeni çıxış edib və deyib: “Bu ilin ilk 4 ayında kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin eyni dövrünə nisbətən 44% artıb. Xüsusən də bitkiçilik məhsulları və meyvə-tərəvəz məhsulları ixracda diqqət çəkir. Davamlılığına gəlincə, məhsul ixracının həcminin ilbəil daha iri miqyasda artırılmasını gözləyirik və hədəfləyirik”. Bunu elə deyib ki, sanki ötən ilin eyni dövründə o, bu vəzifədə işləməyib. Nazirin fikirlərinə hörmətlə yanaşıram, ancaq adi adamlar elə hesab edər ki, həqiqətən də bu sahədə sıçrayış olub. Ona görə də bu artım məsələsinə aydınlıq gətirmək istəyirəm. Əvvəla onu qeyd etməliyəm ki, nazirdən fərqli olaraq mən dövlət idarələrinin, DSK-nın və DGK-nın məlumatlarından istifadə edirəm. Qeyd etməliyəm ki, yoldaş Əsədov nazir təyin olunan vaxta qədər Azərbaycan hər ilin ilk 4 ayında 200 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulları və ərzaq malları ixrac etdiyi halda, indi bu rəqəm 2 dəfə azalmışdır. Həmin illərin ilk 4 ayında 13,8 milyon dollar dəyərində çay, 79,5 milyon dollar dəyərində şəkər ixrac olduğu halda, bu ilin eyni dövründə 2,8 milyon dollarlıq çay, 13,6 milyon dollarlıq şəkər ixrac edilib. Gördüyünüz kimi son 4 il ərzində çay ixracı 5 dəfə, şəkər ixracı isə 6 dəfə azalmışdır. İndiki nazirdən əvvəl, 2012-ci ilin ilk 4 ayında 76,3 milyon dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar ixrac olunduğu halda, bu ilin ilk 4 ayında bu göstərici 15 dəfə azalaraq 5 milyon dollar təşkil edib.
Bütün bunlar azmış kimi, bu ilin 4 ayı ərzində ət idxalı 2,6 dəfə, diri heyvan idxalı 48%, süd 98%, un məhsulları 20 faiz, meyvə 7%, çay 29%, şəkər 13 faiz, müxtəlif ərzaq malları idxalı 45 faiz artmışdır. Onu da qeyd etməliyəm ki, Yoldaş Əsədovdan əvvəl, 2013-cü ilin ilk 4 ayında ölkəyə 317 milyon 522 min dollar dəyərində yeyinti məhsulları idxal olunduğu halda, bu ilin ilk 4 ayı ərzində 412 milyon 849 min dollar dəyərində məhsul idxal olunub. Baxın, bu nazirin dövründə, 4 ay ərzində ərzaq malları ixracı 100 milyon dollar dəyərində azaldığı halda, idxal olunan yeyinti məhsullarının dəyəri 100 milyon dollardan da çox artmışdır. Nazirin hədəfi nə olduğunu bilmirəm. Ancaq 4 ay ərzində 200 milyon dollardan çox azalan fərq ortadadır. Bu isə ümumilikdə istehsalda 30 faiz azalma deməkdir. Çox pis olan hal odur ki, ölkədə kənd təsərrüfatı məhsulu istehsalı ilbəil azaldığı üçün idxaldan aslılıq get-gedə artır.

Saytların yığılması Saytlarin yigilmasi

Yazı müəllifin Facebook səhifəsindən götürülüb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button