2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Yalçın İmanovun şikayətinə Sumqayıtda baxılacaq

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hüquqşünas Yalçın İmanovun şikayəti üzrə hazırlıq iclası keçirilib. İclasda işin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərar çıxarılıb.

Buna Yalçın İmanovun Sumqayıtda yaşaması əsas gətirilib.

Yalçın İmanov inzibati-iqtisadi instansiyaya Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyi ilə üz tutub. Rəyasət Heyətinin həmin qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

Qərar Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu il fevralın 21-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsi üzrə ilkin baxış olub. İlkin baxış zamanı Yalçın İmanovun işin yaşadığı və işlədiyi Sumqayıt şəhərinə göndərilməsi barədə vəsatəti təmin olunmayıb, həmçinin Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddiası icraata götürülməyib.

Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib. Ancaq aprelin 17-də Gəncə Apellyasiya Məhkəməsi Yalçın İmanovun şikayətini təmin etməyib.

Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsinin qərardadlarından Ali Məhkəməyə şikayətində vəkillik fəaliyyətinə xitam verilməsi barədə işə Sumqayıt Şəhər Məhkəməsində, yaxud Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılmasını və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşılıqlı iddiasının icraata götürülməsini istəyib. Sentyabrın 26-da Ali Məhkəmə şikayəti təmin etməyib, Gəncə Apellyasiya Məhkəməsinin qərardadları qüvvədə saxlanıb.

Məhkəmələr onun Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşılıqlı iddiasını icraata götürməməyi iddianın müstəqil tələb olması ilə əsaslandırıb. Bunu nəzərə alan hüquqşünas müstəqil tələblə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət edib, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyib. O, vəkillik fəaliyyətinə xitam verilməsinə heç bir hüquqi əsas olmadığını bildirib(novator.az).

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button