2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Yalnız iki halda evi SMS yazmadan tərk edə bilərik – TƏFƏRRÜAT

“İki əlavə halda vətəndaşlar SMS xidmətindən istifadə etməyərək yaşayış yerlərini icazəsiz tərk edə bilər”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

E.Vəlizadə qeyd edib ki, vətəndaşlar həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yaranarsa, yaşayış yerini tərk etmək üçün SMS xidmətindən istifadə etməyə bilər:

Saytların yığılması Saytlarin yigilmasi

“Belə halda onlar yaşayış yerlərini dərhal tərk edə bilərlər. Məhkəmə və ya hüquq-mühafizə orqanları çağırdıqda SMS xidmətindən istifadə edilməməlidir”.

Nazir müavinin sözlərinə görə, hər bir vətəndaş yaşayış yerini tərketməklə bağlı gün ərzində bir dəfə müraciət etməlidir:

“Davamlı cəhdlərin qarşısı alınacaq. Ölkəmizdə hazırda ümumilikdə 9 milyon 300 vətəndaş mobil operatorların istifadəçiləridir”.

E.Vəlizadə, həmçinin, deyib ki, 24 mart tarixindən rayonlar və şəhərlərarası gediş-gəlişin məhdudlaşdırılması kooronavirusun yayılmasının qarşısının alınması baxımından vacib idi:

“Şəhərdaxili daşımalarda azalma müşahidə olunur. Bəzi rayonlarda sərnişindaşımada azalma istədiyimiz səviyyədə deyil. Statistika göstərir ki, Şəkidə bu günlərdə rayondaxili marşrutda fəallıq müşahidə olunur. Vətəndaşlarımız daha diqqətli davranmalıdırlar. Vaxtilə ölkə üzrə sərnişin daşıması 2 milyon təşkil edirdi. Hazırda bu rəqəmlər ciddi şəkildə azalıb. Vətəndaşlarımıza zərurət yaranmadığı təqdirdə ictimai nəqliyyatdan istifadə etməməyi tövsiyə edirik”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button