2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Yanan bina ilə bağlı məhkəmə yenidən başladı

Prokuror sabiq məmur barədə ekspertiza rəyi ilə tanış olmaq üçün vaxt istədi.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə ötən il mayın 19-da Binəqədi rayonu ərazisində hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı cinayət işi üzrə proses keçirilib.
Hakim bildirib ki, təqsirləndirilən Qəzənfər Novruzovun səhhəti ilə bağlı ekspertiza rəyini məhkəməyə daxil olub. Dövlət ittihamçısı Fərid Nağıyev ekspertiza rəyi ilə tanış olmaq üşün vaxt istəyib. Məhkəmə prosesi sentyabrın 29-da davam etdiriləcək.
Qeyd edək ki, ötən ay keçirilən son məhkəmə prosesində hakim Əfqan Hacıyev bildirimişdi ki, təqsirləndirilən şəxslərdən Qəzənfər Novruzovun Müalicə Müəssisəsindən gətirilməsi problem yaradır. Ona görə də məhkəmə Qəzənfər Novruzovun təkrar tibbi ekspertizadan keçirilməsinə qərar verib. Ekspert qarşısında Novruzovun durumunun məhkəmədə iştirakına imkan verib-verməməsi sualı qoyulub. Buna görə də məhkəmə prosesi ekspertizanın rəyi məlum olana qədər təxirə salınmışdı.
Xatırladaq ki, yanğın hadisəsi ilə əlaqədar 8 nəfər təqsirləndirilir. Binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Rəsmi məlumatlara əsasən, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button