2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Yanan bina işi: “Müşavirədə prezidenti aldatdılar”

«Yanğının sabahı prezidentin rəhbərliyi ilə müşavirə keçirildi. Orada prezidentə yalan məlumat verildi ki, guya, rəy verilmiş üzlükləri onları istehsal edən «Global Stone» şirkəti özü seçib təqdim edib. Amma sənədlərdən görünür ki, üzlükləri özləri akt əsasında götürüblər, rəy də veriblər».

Ötən il mayın 19-da Binəqədidə 15 nəfərin öldüyü yanğınla bağlı məhkəmədə vəkil Cavid Rzazadə belə deyib.

«SƏN NECƏ DİREKTORSAN Kİ?»

Saytların yığılması Saytlarin yigilmasi

Dekabrın 6-da keçirilən məhkəmədə, əsasən, Dərnəgül Boru Zavodunun yanan və onlarla başqa binalara vurulmuş poliuretan üzlüklər haqda verdiyi rəy araşdırılıb. Üzlüklərə müsbət rəy verməkdə, texniki şərtlərdəki tələbləri nəzərə almamaqda suçlanan 70 yaşlı Ağacavad Məmmədov da bu yanğına görə cinayət məsuliyyətinə cəlb olunmuş 8 nəfərdən biridir.

Ağacavad Məmmədov BDU-nun müəllimidir. Məhkəmədə elan olunan sənədlərdə o, Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri kimi göstərilib. Amma özü də, vəkili Məzahir Şahlarov da buna etiraz edir. Deyir ki, orada xidməti müqavilə əsasında işləyib, laboratoriya müdiri də olmayıb. Sadəcə, Dərnəgül Boru Zavodunun rəhbəri məsuliyyəti üzərindən atmaq üçün istintaqa belə sənəd təqdim edib.

«Yazıb ki, poliuretan üzlüklərə verilən rəydən, o rəyin necə möhürlənməsindən xəbəri olmayıb. Sən necə direktorsan ki, öz möhüründən xəbərin yoxdur? Rəyi özü təsdiqləyib, indi də günahsız bir adamın məhkəmə qarşısına çıxarılmasına səbəb olub. Oturub Kiyevdə, məhkəməni də sayıb gəlmədi», – vəkil deyib.

Müdafiəçi A.Məmmədovun xidməti müqavilə ilə orada müvəqqəti xidmət göstərdiyini desə də, onun işdən azad edilmək barədə ərizəsi elan olunub.
A.Məmmədov deyir ki, belə ərizə yazmağa məcbur olub: «2013-cü il sentyabrın 2-də iclasda direktor məni təhqir elədi. Dedi ki, «ayını öyrətsəm, ayı da sənin gördüyün işi görər». Mən də bu təhqirə etiraz elədim. Dedi ki, ərizə yaz. Mən də yazdım».

Məhkəmə dekabrın 12-də davam edəcək.

XATIRLATMA

Binəqədidəki bina yanğını ilə əlaqədar məhkəmə qarşısına çıxarılanlara Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib. Təqsirləndirilən şəxslər arasında binanı üzləmiş «Global Construction» və poliuretan üzlükləri buraxmış «Global Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudov, «Global Stone» MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və BDU-nun müəllimi Ağacavad Məmmədov da var. Onlardan Akif Əlibəyov və Ağacavad Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button