2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Yanvarın 4-də faktiki hava şəraiti və proqnoz

Bakı/03.01.22 Ötən gecə və bu gün səhər Azərbaycanda yağıntılı və güclü küləkli qeyri-sabit hava şəraiti üstünlük təşkil edib.

Milli hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 3-də günorta bəzi yerlərdə hava yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Qar örtüyünün hündürlüyü Ləzədə (Qusar) 18, Rvarud (Lerik), Qrızda 13, Ağdərədə (Ordubad) 10, Xınalıq, Şahbuzda 7, Xaltanda 6, Lerikdə 4, Şərur, Sədərəkdə 2, Qusar, Sarıbaşda (Qax) 1 santimetr təşkil edib.

Saytların yığılması Saytlarin yigilmasi

Şimal-qərb küləyi əsib, arabir Naftalanda 28-32, Şəki, Tərtərdə 25, Bərdə, Neftçala, Qobustan, Gəncə, Daşkəsəndə 20, Ağdamda 18, Bakıda və Abşeron yarımadasında 15-19 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcyədək isti, Aran rayonlarında 3-6 dərəcə isti, dağlıq rayonlarda 2-9 dərəcə şaxta, Naxçıvan Muxtar Respublikasında termometrlərin cirə sütunu mənfi 5-10 dərəcəyə qədər düşüb. 

Sinoptiklər sabaha Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyini proqnozlaşdırırlar. Mülayim cənub-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimalı var. 

Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 7-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda havanın yağıntılı olacağı, qar yağacağı proqnozlaşdırılır. 

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək. -06Â-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button