24saat.org Yanvarın 6-a hava proqnozu - QAR YAĞACAQ - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Yanvarın 6-a hava proqnozu – QAR YAĞACAQ

Azərbaycanda yanvarın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 1-4°, gündüz 8-11° isti, Bakıda gecə 1-3°, gündüz 8-10° isti olacağı ehtimalı var. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-7°-dək isti olacağı bildirilir.

Respublikanın bölgələrində qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 2-5°, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 5-10° isti olacağı ehtimal edilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcərdə, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək, gündüz 4-7° isti olacaq.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 1-3°, gündüz 8-11° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-6° isti olacağı bildirilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Havanın temperaturu gecə 0-3°, gündüz 7-10° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 5-7° isti olacaq.

 

24saat.org hava xəbərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən tədim edir

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.