2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Yanvarın 7-nə gözlənilən hava proqnozu

Azərbaycanda yanvarın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-5°, gündüz 8-11° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, dağlıq ərazilərdə 8-10° şaxta, gündüz 4-9° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 2-7° isti olacağı ehtimal edilir.

Saytların yığılması Saytlarin yigilmasi

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 5-8° şaxta, gündüz 0-5° isti təşkil edəcəyi ehtimal olunur.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-6° isti, gündüz 8-11° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-8° isti olacağı gözlənilir.

24saat.org hava proqnozunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button