2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

YAP-dan növbədənkənar seçkilərlə bağlı açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalalyıb.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü İsa Həbibbəyli növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı ölkə başçısının imzaladığı sərəncama münasibət bildirib.

Millət vəkili Qaynarinfo-ya açıqlamasında deyib ki, seçkilərin erkən keçirilməsinə səbəb əldə olunan nailiyyətlərdir və İlham Əliyevin prezident seçilməsi ölkənin gələcək inkişafına real təminatıdır:

“Əldə olunan möhtəşəm nailiyyətlər, ölkəmizin prezidenti İlham Əliyevin həm ölkədə, həm də beynəlxalq arenada qazandığı yüksək nüfuz Azərbaycanda istənilən vaxt növbədənkənar seçkilərin keçirilməsinə əsas verir. Azərbaycan xalqı fəxr edir ki, onu beynəlxalq aləmdə böyük nüfuza malik olan və ölkədə xalq tərəfindən sevilən, həmçini möhkəm dövlətçilik istedadına malik olan prezident İlham Əliyev kimi təmsil edən lideri var. Şübhəsiz ki, bu prezident seçkilərində də Azərbaycan xalqı mütəşəkkil şəkildə İlham Əliyevə səs verəcək. İlham Əliyevə səs vermək Azərbaycanın gələcək inkişafına real təminat deməkdir”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button