2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

YAP funksionerinin şəxsi həyatına aid görüntülərə görə sayt rəhbəri cəzalandırıldı

azadinfo.az saytının təsisçisi Mahir Ələkbərov (Xəttab) 3 il 6 ay azadlıqdan məhrum edilib. Yanvarın 18-də Nəsimi Rayon Məhkəməsində çıxarılan hökmə əsasən, o, Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovu intim xarakterli videogörüntülərlə şantaj etməkdə suçlu sayılıb.

Cinayət işinin materiallarında iddia olunur ki, Göyüşovun şəxsi həyatına aid görüntülər gizli yolla çəkilərək yayılıb. Həmin görüntüləri rəhbərlik etdiyi saytda da yayımlayan Mahir Xəttab onların silinməsi üçün YAP funksionerindən 2 min manat pul tələb edib. İttihama əsasən, sayt rəhbəri tələb etdiyi pulu Göyüşovdan alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin Ələkbərov ittihamı rədd edir, özünü təqsirli bilmir. O, hökmdən öncə son sözündə də ittihamın əsassız olduğunu, Göyüşovu şantaj edib ondan pul almadığını deyib. O, bəraət hökmü çıxarılmasını istəyib.

Lakin məhkəmə belə nəticəyə gəlib ki, ona qarşı irəli sürülən ittiham təsdiqini tapıb.

Göyüşovun şəxsi həyatına aid görüntülər yayılandan bir neçə gün sonra o, YAP-dakı vəzifəsindən də, ümumiyyətlə, partiyadan da çıxarılıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button