2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

YAP-ın namizədi Astarada aranı qatdı – MSK-ya şikayət – Savash.org


77 saylı Astara Seçki Dairəsi üzrə YAP-ın namizədi Rəşad Mahmudovdan Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət olunacaq.

Bu barədə Arqument.Az-a Astaradan məlumat daxil olub.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda bildirilir ki, MSK-ya digər namizədlər şikayət edəcəklər. Onlar əllərində kifayət qədər video və fotofaktların olduğunu iddia ediblər. Belə ki, 77 saylı Astara Seçki Dairəsində ciddi qanun pozuntularının olduğu bildirilir.

”YAP-ın namizədlərinin görüşlərin vəzfəli şəxslər təşkil edirlər. İcra başçısının müavinləri, icra nümayəndələri, bələdiyyə sədrləri və məktəb direktorları görüşlərdə iştirak edir və birbaşa təşkilatçılardır. İlk gündən qanun pozuntuları ilə təbliğat və təşviqata başlayıblar. Yaxın günlərdə faktları MSK-ya təqdim edəcək və ictimailəşdirəcəyik. Ümid edirik ki, Rəşad Mahmudovla bağlı tədbir görüləcək”, – müraciət müəllifləri qeyd edirlər.





Savash.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button