2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Yaponiya əhalisinin azalmasından narahatdır

Yaponiyanın baş naziri Fumio Kişida yanvarın 23-də ölkədə təbii artımın azalmasının qarşısının alınması üçün təcili təbirlərin görülməsinə çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Reuters agentliyi yazır ki, Yaponiya son illərdə ailələrin daha çox uşağa sahib olması üçün stimullaşdırıcı tədbirlər görür.

Bu məqsədlə ailələrə birdəfəlik pul mükafatları təklif olunub və müavinətlərin məbləğləri artırılıb. Bununla belə Yaponiya uşağın ərsəyə çatdırılmasının ən məsrəfli olduğu ölkəlrədən biri olaraq qalır.

Doğumların sayı ötən il rekord həddə azalıb və ilk dəfə olaraq 800 min nəfərdən aşağı düşüb.

Bu, hökumətin proqnozlarında olduğundan səkkiz il tez baş verib.

Yaponiyada hazırda orta yaş 49-dur, bu isə kiçicik Monako dövləti nəzərə alınmazsa bütün dünyada ən yüksək orta yaşdır.

“İndi, ya da heç vaxt”

Bu il parlamentin ilk sessiyasının açılışında söylədiyi nitqdə Kişida deyib ki, ölkə cəmiyyətin sosial funksiyalarını saxlaya bilməyəcək həddə çatıb.

“Doğum və uşaq böyütmək siyasəti üçün hazırda “indi və ya heç vaxt” məqamıdır. Bu elə bir məsələdir ki, bundan sonra ləngidilə bilməz”.

Baş nazir vəd edib ki, bu ilin büdcəsində uşaqlarla bağlı xərcləri ikiqat artırmağı planlaşdırır.

O əlavə edib ki, sözü gedən siyasətin idarə edilməsi üçün aprel ayından Uşaq və Ailə agentliyi yaradılacaq.

YuWa əhalinin öyrənilməsi mərkəzinin tədqiqatının nəticələrinə əsasən Yaponiya uşaq saxlayıb böyütmək üçün Çin və Cənubi Koreyadan sonra ən bahalı ölkədir.

Çin və Şimali Koreyada da təbii azalma prosesi gedir.

Dünyanın başqa ölkələri də əhalinin yaşlanması və azalması problemi ilə üzləşirlər.

Çin məlumat verib ki, onun əhalisi 2022-ci ilin rəqəmlərinə görə son 60 ildə ilk dəfə olaraq azalmağa başlayıb.

24 saat” “
Yaponiya əhalisinin azalmasından narahatdır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button