24 saat

Yaponiya BMT TŞ-nin təcili iclasını çağırdı

bmt-tsYaponiya BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasını çağırıb.

Baş nazir Sindzo Abe bildirib ki, avqustun 29-da Şimali Koreya tərəfindən buraxılan və Yaponiya üzərindən uçan raket həm onlara, həm də bütün dünyaya təhdiddir. Bu səbəbdən də BMT TŞ təcili toplanmalıdır.

Baş nazirin dediyinə görə, ABŞ və Cənubi Koreya da fövqəladə iclasın çağırılmasını istəyir.

Xatırladaq ki, avqustun 29-da səhər saatlarında Şimali Koreyanın buraxdığı raket Yaponiyanın Hokkaydo adasının üzərindən uçaraq Sakit okeana düşüb. Yaponiya hökuməti bunun orta məsafəli ballistik raket olduğunu və okeana düşməzdən əvvəl üç hissəyə bölündüyü bildirilir.

Gültəkin

24saat.org

Mənbə – azadliq.info

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button