2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Yaponiya kəşfiyyatı: “İndiyədək Ukraynada 20-dən çox rus generalı həlak olub”

Yayımlandı: 9 Fevral 2023 13:13

Ukrayna ordusunun mobil siqnallar vasitəsilə generalları müəyyənləşdirdiyi ehtimal olunur

“Rusiyanın Ukraynaya qarşı işğalı başlayandan bəri 20-dən çox rus generalı həlak olub”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Nikkei” nəşri Yaponiya kəşfiyyatına istinadən məlumat yayıb.

Nəşrin istinad etdiyi versiyalardan birinə görə, Ukrayna ordusu mobil telefon siqnalları ilə rus generallarına çata bilib.

Başqa bir ehtimala görə isə Ukrayna tərəfinin Donbassın işğal olunmuş bölgələrindəki məlumatlandırıcıları buna töhfə veriblər.

2022-ci ilin avqustunda Britaniya hərbi kəşfiyyatı Ukraynadakı müharibə zamanı azı 10 rus generalının həlak olduğunu bildirmişdi.

Rusiyanın Müdafiə Nazirliyi itkiləri barədə sonuncu dəfə 2022-ci ilin sentyabrında məlumat yayıb.

Bildirilirdi ki, 5937 rus əsgəri həlak olub.

Tarixçə

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button