2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Yaponiya Kuril adalarının Rusiya işğalında olmasını rəsmiləşdirir

Bunlar II Dünya Müharibəsinin sonunda SSRİ tərəfindən ilhaq edilmiş İturup, Şikotan, Kunaşir və Habomay adalarıdır

Saytların yığılması Saytlarin yigilmasi

Tokio bundan sonra cənubi Kuril adalarını “qanunsuz işğal altında olan əzəli torpaqları” adlandıracaq.

Bu barədə bəyanat “Diplomatiya üzrə Göy Kitabın” yeni nəşrinin qaralamasına daxil edilib.

Bu kitab ölkənin xarici siyasətinə dair məlumat nəşridir.

Yaponiya Kuril adalarının hazırda Rusiyanın ərazisində olan dörd adasına iddialıdır.

Bunlar II Dünya Müharibəsinin sonunda SSRİ tərəfindən ilhaq edilmiş İturup, Şikotan, Kunaşir və Habomay adalarıdır. O vaxt ilhaqla yanaşı adaların yapon əhalisi sürgün olunub.

Moskva və Tokio 1956-cı ildə hərbi əməliyyatların dayandırılması haqqında bəyannamə imzalasalar da, iki ölkə arasında sülh müqaviləsi bağlanmayıb.

Doğrulmayan ümidlər

Yaponiya 2003-cü ilədək bu adaları rəsmi olaraq “qanunsuz işğal edilmiş ərazi”, 2012-ci ilədək isə özünün “əzəli torpaqları” adlandırırdı.

Lakin 2012-ci ildə Rusiya ilə kompromis əldə olunacağına ümidlənən Yaponiya bu ifadələri işlətməməyə çalışırdı.

Yaponiya o vaxt 1956-cı ilin bəyannaməsinə qayıtmağa hazır idi.

O bəyannamədə SSRİ iki ölkə arasında sülh müqaviləsi imzalandıqdan sonra Habomay və Şikotan adalarını Yaponiyaya qaytarmağa öhdəlik götürmüşdü.

2019-cu ildə ovaxtkı baş nazir Şinzo Abe bəyan etmişdi ki, Kuril adaları mübahisəsinə son qoymaq üçün “atasının adına”and içib. Lakin bunun ardınca Moskva ilə aparılan danışıqlarda heç bir nəticə əldə olunmamışdı.

Martın əvvəllərində Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi parlamentdə etdiyi çıxışda adaları “əzəli yapon torpaqları” adlandırıb.

Bundan sonra keçirilən mətbuat konfransında isə nazir demişdi ki, adalar “qanunsuz işğal” olunub.

Moskva bu bəyanatlardan sonra sülh danışıqlarını dayandırıb.

24 saat” “
Yaponiya Kuril adalarının Rusiya işğalında olmasını rəsmiləşdirir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button