2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Yaponiyada 100 min sakinin təxliyyə edilməsi tövsiyə olunub

Yaponiyanın Küsü adasının Naqasaki prefekturasında davam edən leysan yağışlar səbəbindən daşqın və sürüşmə təhlükəsi ilə əlaqədar 100 min sakinin təxliyyə edilməsi tövsiyə olunub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, əvvəllər analoji tövsiyə ilə Kumamoto prefekturasından 50 min sakin çıxarılıb.

Leysan yağışlar Yaponiyanın cənubunda artıq neçə gündür davam edir. Yaponiyanın Baş Meteorologiya Agentliyinin məlumatına görə, Küsü adasının bəzi yerlərində yağıntının miqdarı saatda 110-115 millimetrə çatır. Gün ərzində bölgədə təxminən 200 millimetr yağıntı gözlənilir.
“NHK” telekanalının məlumatına görə isə, Naqasaki prefekturasının bəzi rayonlarında yolları və yaşayış evlərini su basması təhlükəsi var.

Saytların yığılması Saytlarin yigilmasi

Hələlik xəsarət alanlar və dəymiş zərərin həcmi barədə məlumat verilmir. Sinoptiklər çay daşqınları və torpaq sürüşməsi təhlükəsinin artması haqqında xəbərdarlıq edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button